Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda faciəvi şəkildə ölən müəllimənin ŞƏKİLLƏRİ

Tarix: 08-05-2019 12:56     Baxış: 2635 A- / A+
Bakıda faciəvi şəkildə ölən müəllimənin ŞƏKİLLƏRİ



Xəzər rayon Binə qəsəbəsi 117 saylı orta məktəbi mayın 7-nə keçən gecə Baku Medical Plaza klinikasında müəllimə Lətafət Şirəliyevanın ölümü ilə bağlı başsağlığı yayıb.


Manevr.az publika.az-a istinadən xəbər verir ki, məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışmış L.Şirəliyevanın ruhu bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, L.Şirəliyeva 12 illik həsrətdən sonar əməliyyat yolu ilə övlad dünyaya gətirib. Lakin sonradan onun səhhəti ağırlaşıb və yenidən Baku Medical Plazaya yerləşdirilib. Bir müddət xəstəxananın reanimasiya şöbəsində müalicə alan 40 yaşlı təhsil işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Baku Medikal Plaza hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: "Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar ritm, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır".

Vəfat edən müəllimənin bəzi şəkillərini təqdim edirik.


Manevr.az

Bakıda faciəvi şəkildə ölən müəllimənin ŞƏKİLLƏRİ
Bakıda faciəvi şəkildə ölən müəllimənin ŞƏKİLLƏRİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar