Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı samboçu Rusiyada bir zərbəylə adam öldürdü

Tarix: 19-02-2019 10:40     Baxış: 3217 A- / A+
Azərbaycanlı samboçu Rusiyada bir zərbəylə adam öldürdü

Rusiyanın Volqoqrad vilayətində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev saxlanılıb.

Rambler.ru-nun yaydığı məlumata görə, o, Aleksandr Babareviçin ölümündə şübhəli bilinir.

Məlumata görə, hadisə fevralın 16-da “Loft” klubunun qarşısında baş verib. Belə ki, 19 yaşlı Aleksandr söyüş söydüyü Ruslanla danışmaq qərarına gəlib. Fiziki cəhətdən güclü olan İsayev Aleksandrın başına bir zərbə vurub. 19 yaşlı oğlan aldığı zərbədən dünyasını dəyişib.

Saxlanılan zaman R.İsayev əməlini etiraf edib. Cinayət işi araşdırmalar başa çatdıqdan sonra məhkəməyə göndərilib.

İlk məhkəmə iclası dünən baş tutub. Məhkəmədə bildirilib ki, R.İsayevin əvvəllər məhkumluğu olmayıb. Cinayət məcəlləsinə görə, İsayevi 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hakimlər zalı tərk etməzdən əvvəl İsayev söz istəyib:

“Mənim istintaqdan qaçmaq və ya gizlənmək fikrim yoxdur. Xahiş edirəm, məni ev dustaqlığına buraxasınız. Sonda təəssüf etdiyimi bildirmək istəyirəm”.

İclasda bildirilib ki, aparılan araşdırmalar zamanı A.Babareviçin aldığı kəllə-beyin travması nəticəsində öldüyü məlum olub.

Cinayətin sosial riskini və saxlanılan şəxsin tibbi müayinədən keçməməsini nəzərə alaraq, hakimlər R.İsayevin iki ay müddətinə həbsdə qalması ilə bağlı qərar qəbul edib.oxu.az

Manevr.az
Azərbaycanlı samboçu Rusiyada bir zərbəylə adam öldürdü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar