Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Tarix: 02-07-2020 13:13     Baxış: 4207 A- / A+
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub


Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı statistik göstəricilərinin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Belə ki, Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

Bu il Akademiyada magistratura səviyyəsinə qəbul üçün Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisası üzrə 10 yer və Hüquqşünaslıq istiqaməti üzrə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisası üzrə 5 yer ayrılıb. Onu da qeyd edək ki, Akademiyanın magistraturasına qəbul olan magistrantların hamısı dövlət sifarişi əsasında təhsil alacaqlar.

Qeyd edək ki, 6-15 iyul tarixlərində magistratura səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi nəzərdə tutulur. Bu istiqamətdə koronavirus pandemiyasına qarşı bütün təhlükəsizlik tələbləri gözlənilməklə hazırlıq işləri aparılır və bununla bağlı əlavə məlumat veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar