Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədovdan təhsillə bağlı mühüm QƏRARLAR

Tarix: 01-05-2020 21:50     Baxış: 4420 A- / A+

Əli Əsədovdan təhsillə bağlı mühüm QƏRARLAR


Nazirlər Kabineti təhsil sahəsinə aid bir sıra mühüm qaydaları təsdiq edib.

Manevr.az xəbər verir ki, Təhsil nazirinin müşaviri Elnur Məmmədov Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarları şərh edib.

“1. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”

Bu qayda pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər (bəzi istisnalar var).

Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır. Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırma prosesi 2020/21-ci tədris ilindən başlayacaq. Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcək və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır. Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.

2. “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”

Qaydaya əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Qərarda pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayanlar (məhkumluğu, bəzi xəstəlikləri olan və sair), habelə pedaqoji təhsili olmayan ali təhsil mütəxəssislərinin siyahıda müəyyən edilmiş bəzi fənləri tədris etmək hüququ nəzərdə tutulub (bu halda həmin mütəxəssislər pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı təşkil olunacaq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar).

Kənd rayonlarında yerləşən kadr çatışmazılığı oldquda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (misal kimi, kimya-biologiya, fizika-riyaziyyat, tarix-coğrafiya və sair) müvafiq fənn müəllimi tərəfindən tədrisinə icazə veriləcək. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bütün şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən işə qəbul ediləcək.

3. “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”

Bu qaydalar bütün təhsil müəssisələrində (ümumtəhsil, peşə, orta ixtisas və ali) psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir. Burada xidmətin əsas məqsədləri, fəaliyyət istiqamətləri, vəzifələri və xidmətin təşkili qaydaları müəyyən olunur.

Qeyd edim ki, bu üç qayda 2018-ci ilin iyun ayında “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gəlir.

4. “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”

Bu qayda ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını müəyyən edir.

Orta ixtisas kredit sistemi əsasında təşkil olunacaq və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq. Orta ixtisas təhsili haqqında sənəd (diplom) sahibinə uyğun ixtisaslar üzrə ali təhsilə daxil olmaq hüququ verəcək”.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar