Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva:"O, sadəcə Əli bəy Hüseynzadə irsinin varisi deyil..."

Tarix: 25-04-2020 22:19     Baxış: 4261 A- / A+
Qənirə Paşayeva:"O, sadəcə  Əli bəy Hüseynzadə irsinin varisi deyil..."

"Nur içində yatsın, onu hər zaman sevgi və ehtiramla anacağıq. O, möhtəşəm qadın idi. O, sadəcə bizim üçün Əli bəy Hüseynzadə irsinin varisi deyil, həm də gözəl bir ziyalı, dəyərli bir insan kimi qəlbimizdə yaşayacaq".

Manevr.az bildirir ki, bu fikirləri Millət vəkili Qənirə Paşayeva böyük mütəffəkir Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatı ilə bağlı yazdığı məqalədə qeyd edib. Həmin məqaləni təqdim edirik:

"Azərbaycanın, türk dünyasının görkəmli mütəfəkkiri Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan İstanbulda vəfat etmişdir. Tarixin canlı yadigarlarından olan Feyzavər xanımın vəfatı xəbərini türk dünyası aydınlarını dərindən kədərləndirmişdir. Əli bəyin həyatda olan tək varisi Feyzavər xanımla məni uzun illər öncə İstanbulda yaşayan dəyərli aydınımız İbrahim Yildırım tanış etmişdi. Birlikdə evində qonaq olduq və bütün günü Feyzavər xanımla söhbət etdik. Həmin söhbətin hamısı video çəkilişlə bu gün də arxivimdə ən dəyərli materiallardan biridir. Həmin söhbətdən sonra Feyzavər xanımla dəfələrlə görüşdüm, bizimlə xatirələrini bölüşdü, həmin xatirələri videolentə də aldıq. Əli bəy Hüseynzadə irsinin ciddi araşdırmaçısı, gözəl ziyalı Azər Turanla birlikdə həmin xatirələrin əsasında “Əli bəy Hüseynzadə Turan” kitabını hazırladıq.Azər bəyin bu məsələdə əməyini xüsusi qeyd etmək istəyirəm.
Həmin kitabın hazırlanması, çap edilməsi və yüksək səviyyədə təqdimatının keçirilməsi Feyzavər xanımı çox sevindirmişdi. Sonra həmin kitab Türk Ocaqlarının 100-cü ildönümü münasibəti ilə Türkiyə türkcəsində çap edildi.
Çünki qeyd edim ki, Əli bəy Hüseynzadə də Türk ocaqlarının qurulmasında fikir atalarından biri idi. Kitabın İstanbul Universitetində yüksək səviyyədə təqdimatı keçirildi. Istanbul Universitetindəki təqdimatda Feyzavər xanım da iştirak edirdi. Onun duyğuları tam olaraq, sözlə ifadə ediləcək durumda deyildi. Uzun illər keçsə də Azərbaycan xalqının, Azərbaycan türklərinin Əli bəy Hüseynzadəni unutmaması, ona böyük sevgi və ehtiramı onu çox dərindən duyğulandırmışdı. Sonra Feyzavər xanımla Əli bəy Hüseynzadəyə məxsus qiymətli materialların Azərbaycana verilməsi ilə bağlı fikir mübadiləsi aparılanda Feyzavər xanım söylədi ki, onun belə bir fikri var. O, atasına məxsus materialları dövlət qurumlarına hədiyyə etmək istəyir.
Və mən bu məsələ barədə hörmətli Mədəniyyət nazirimiz Əbülfəs Qarayevə, Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verdim. Dövlətimizə və bu işdə əməyi olan hər kəsə çox təşəkkür edirik ki, onlar Feyzavər xanımın Azərbaycana olan bu cür sevgi və sayğısına yüksək dəyər verdilər. Əli bəy Hüseynzadəyə məxsus bir sıra qiymətli əsər və materiallar ölkəmizə gətirildi ki, bu da Azərbaycan tarixinin önəmli hissəsi idi. Əli bəy Hüseynzadəyə məxsus bu materialların Azərbaycanda olmasına çox böyük ehtiyac var idi. Ona görədə Feyzavər xanıma dəfələrlə çox təşəkkür etdik ki, belə bir önəmli addımı atdı. Onunla tez-tez görüşür, danışırdıq. Azərbaycanda Türkiyədən dəvət etdiyimiz ziyalıların da iştirakı ilə Əli bəy Hüseynzadə ilə bağlı keçirdiyimiz tədbirlərə gəlmək istəsə də hər dəfə Türkiyədəki həkimləri onun yaşını nəzərə alaraq təyyarə ilə gələ bilməyəcəyini deyirdilər. Bundan çox təssüflənsə də atası ilə bağlı hər tədbirin, yazının, verliş və kitabın onu sevindirdiyini vurğulayırdı. Mələk kimi bir qadın idi Feyzavər xanım!
Xəstə olduğu zamanlarda son ziyarətimdə çox üzülmüşdüm. Çünki xəstəlik onu üzmüş, onunla geniş söhbət edə bilməməyimdən daha çox səhhəti daha çox dərindən məni üzmüşdü. Onun itkisi bizim üçün böyük itki oldu. Mən cənab Prezident İlham Əliyevə dərin təşəkkür edirəm ki, o, Əli bəy Hüseynzadə irsinin yeganə varisi Feyzavər xanımı yüksək dəyərləndirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş medal və ordenlə təltif edildi. Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun həmin medalı şəxsən Feyzavər xanıma tədqim etməsi onu çox dərindən duyğulandırmış, sevindirmişdi. Cənab Prezidentin bu diqqəti və sevgisi onu həm sevindirmiş, həm də dərindən duyğulandırmışdı. Həmin tarixi gündə o, belə yüksək ehtirama görə cənab Prezidentə təşəkkür etmişdi. Biz də cənab Prezidentə təşəkkür edirik ki, Feyzavər xanımı bu cür yüksək səviyyədə dəyərləndirdi.
Nur içində yatsın, onu hər zaman sevgi və ehtiramla anacağıq. O, möhtəşəm qadın idi. O, sadəcə bizim üçün Əli bəy Hüseynzadə irsinin varisi deyil, həm də gözəl bir ziyalı, dəyərli bir insan kimi qəlbimizdə yaşayacaq.
Nur içində yatsın. Feyzavər xanım çox sevdiyi atası ilə qovuşacaq. Onu hər zaman Azərbaycan türkləri sevgi və sayğı ilə anacaq. Əziz Cəmilə xanım başda olmaqla Əli bəy Hüseynzadə ailəsinin bütün yadigarlarının kədərini paylaşırıq."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar