Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimovdan xəbər var - "Səhhəti pisləşir..."

Tarix: 14-04-2020 15:17     Baxış: 4166 A- / A+
Mübariz Mənsimovdan xəbər var - "Səhhəti pisləşir..."

Manevr.az xəbər verir ki, Mübariz Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Mübariz Mənsimov keçirdiyi sonuncu cərrahiyyə əməliyyatından sonra yarası iltihab bağlayıb. Bu, onun həbsxanada vaxtında və düzgün müalicə almamasının, həmçinin sağlamlığının bərpası məqsədi ilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir. Məlumatı Mübariz Məmsimovun hüquqlarını müdafiə edən vəkillər verib. Onlar bildirib ki, Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla belə, vəkillər bütün mümkün hüquqi vasitələrdən istifadə edib Mübariz bəyin xəstəxanaya yerləşdirilməsi üçün səylərini əsirgəmirlər. Məlum olduğu kimi, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmadan əvvəl Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirmişdi. Bundan sonra Mənsimovun müalicə alması və əməliyyat yerinin sağalması üçün bir sıra tibbi prosedurlar qəbul etməsi labüd idi. Həbsxanadaki şərait isə, müalicə üçün uyğun deyil. Əməliyyatdan sonra Mübariz Mənsimovun səhhəti dərman və müalicə almadığı üçün daha da pisləşməyə doğru gedir. Bununla əlaqədar vəkillər bütün aidiyyəti instansiyalara yazılı etirazlar bildirir, Mübariz Mənsimovun vaxtında və düzgün müalicəsinin həyata keçirilməsi və sağlamlığının bərpa edilməsi üçün bütün lazımı ünvanlara zəruri məlumatlar verirlər. Vəkillərin verdikləri xəbərə əsasən, hazırda Mübariz bəy saxlanılıb və ona qarşı irəli sürülən ittihamlar üzrə araşdırmalar davam edir. Vəkillər tərəfindən zəruri sənədlər və appellyasiya etirazları Türkiyənin ədliyyə orqanlarına təqdim edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar