Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İtaliyadan Bakıya dönən 25 tələbəni karantinə aldılar: biri danışdı

Tarix: 12-03-2020 03:12     Baxış: 3170 A- / A+
İtaliyadan Bakıya dönən 25 tələbəni karantinə aldılar:

Martın 10-da İtaliyada təhsil alan 25 azərbaycanlı tələbə Ukrayna üzərindən Bakıya gəlib. Bakı Hava Limanında onları 16 Təcili Tibbi Yardım maşınları qarşılayıb.

Tələbələrə təhlükəsizlik məqsədilə ailələri ilə təmas qadağan olunub. Onlar hava limanından Qobustan xəstəxanasına aparılıblar.

Tələbələrdən Şəhla Məmmədzadənin Musavat.com-a verdiyi bilgilərə görə, Bakıya gələn tələbələrin heç birinin səhhətində problem yoxdur: ”Özümüzü yaxşı hiss edirik. 2, 3 və 5 nəfərlik otaqlara yerləşdirilmişik. Xəstəxanaya gələn kimi dərhal analizlər alındı. Hər 4 saatdan bir hərarətimiz yoxlanır. Saxlanma şəraitimiz normaldır. İlkin bilgiyə görə, 14 gün burada qalacağıq. 2 dəfə analiz verəcəyik. Həkimlər analizlərinin cavabı 2 dəfə neqativ çıxanları 14 gün sonra evə buraxılacaqlarını bildirirlər”.

Şəhla Məmmədzadənin sözlərinə görə, İtaliyada durum həddən artıq kritik olub:”İlk günlər o qədər də narahat olmadıq. Dərslər normal davam edirdi. Mən Peruca şəhərində təhsil alıram. Bizim şəhərdə yoluxma o qədər çox deyildi, amma ölkə üzrə xəbərlər narahatlıq yaradırdı. İtaliya hava məkanı tamam bağlanmazdan bir neçə saat öncə Kiyevə, ordan da Bakıya gələ bildik”.
İtaliyadan Bakıya dönən 25 tələbəni karantinə aldılar:

Şəhla Məmmədzadə

Avropada koronavirus ən çox İtaliyada yayılıb. Qeyri-rəsmi bilgilərə görə, ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3 minə yaxındır.

TƏBİB-dən yayılan xüsusi məlumat vasitəsi ilə faktı təsdiqləyiblər.

Həmin məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir.

"Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir", deyə, məlumatda qeyd olunur. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar