Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Burada kim sağlamdırsa, o da işləyir" - 74 yaşlı komitə sədri

Tarix: 27-10-2019 19:11     Baxış: 3196 A- / A+
"Burada kim sağlamdırsa, o da işləyir" - 74 yaşlı komitə sədri

Son günlər ölkədə aparılan kadr islahatları fonunda Milli Məclis deputatlarının yaş məsələsi də gündəmə gəlib. Sosial şəbəkələrdə gedən müzakirələrdə növbəti parlament seçkilərində daha çox gənclərə şans verilməsi, yaşlı deputatların yola salınması barədə fikirlər səsləndirilir. Bəzi deputatlar parlamentin gəncləşməsini dəstəkləsə də, bir çoxları buna birmənalı yanaşmır.

Manevr.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov azvision.az-a açıqlamasında bildirib ki, parlamentdə yaş senzi yoxdur. Bu mənada kimin deputat seçilib-seçilməməsi vətəndaşlardan asılı olan məsələdir.

"Burada kim sağlamdırsa, kim işini bilirsə, o da işləyir. Kadr islahatlarının keçirilməsinin tərəfdarıyam. Amma seçkilərə hələ bir il var. Seçkiyə qədər kim yaşaya, kim qala... Tələsmək lazım deyil. Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır? Əksəriyyət bu sualı verir. Bu məsələ müzakirə mövzusu deyil. Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik", - deyə 74 yaşlı komitə sədri vurğulayıb.

Qeyd edək ki, Eldar İbrahimov I, II, III, IV, V çağırış Milli Məclisin deputatıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar