Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Afaq Bəşirqızı boykot etdi: "Azərpaşa, Abutalıbovdan nümunə götür!"

Tarix: 22-10-2019 13:45     Baxış: 3300 A- / A+
Afaq Bəşirqızı boykot etdi: "Azərpaşa, Abutalıbovdan nümunə götür!"

Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının konfransını boykot edib.

Manevr.az bildirir ki, aktrisa konfransdan kənarlaşdırılan jurnalistlərin önünə çıxaraq, boykotun səbəbini açıqlayıb: "O konfransda oturmağı özümə layiq bilmədim. Ona görə də tədbiri yarımçıq tərk elədim. Mən cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətova bunu tövsiyyə edirəm".

Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, ittifaqın nəyə xidmət etdiyi məlum deyil: "Aktyorların hamısının ad almaq imkanı yoxdur. Ona görə də həyat şəraitləri pisdir. Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əmək haqqları artırıldı. Lakin əmək haqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar ittifaqın tərkibində sexlər fəaliyyət göstərirdi. Teatr Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri "İstanbul" restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır".

A.Bəşirqızı teatr mühitindən baş verən problemlərlə bağlı ölkə başçısına müraciət etdiyini də diqqətə çatdırıb: "Mənim o sözlərimdə heç bir yalan yoxdur və mən cənab Prezidentin reaksiyasını gözləyirəm".musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar