Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

AQTA-nın 1 milyona başa gələn çadırları – Görəsən, hansı materialdan hazırlanıb? - ŞƏKİL

Tarix: 25-07-2019 18:50     Baxış: 4154 A- / A+
AQTA-nın 1 milyona başa gələn çadırları – Görəsən, hansı materialdan hazırlanıb? - ŞƏKİL


Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən tenderlərin böyük əksəriyyətinin korrupsiya mənbəyi olduğuna, bu yolla büdcə vəsaitlərinin mənimsənildiyinə və nəticədə biznes sahəsində azad rəqabət mühitinin məhv edildiyinə dair mətbuatda çoxsaylı faktlar dərc olunub. İş adamları, müstəqil iqtisadçılar və hətta bəzi deputatlar da bunun ölkə iqtisadiyyatına vurduğu ziyan barədə açıqlamalar veriblər. Lakin necə deyərlər, dəyirman öz işindədir…

Bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqlar aldığı barədə məlumat verilmişdi. Sözügedən qurumun bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilmiş tenderində heç kimin tanımadığı hansısa "Novotrend” MMC qalib elan edilib. Və nəticədə sözügedən şirkətə 802 min manat ödəniş edilib.

Həmin vaxt çadırların sayı barədə bir şey deyilmirdi. Ötən gün isə AQTA-nın yaydığı məlumatdan belə nəticə çıxarmaq olar ki, sözügedən çadırlar 30 yerdə quraşdırılacaq. Belə çıxır ki, 30 ədəd müvəqəti çadıra və onun avadanlıqlarına 1 milyon manata yaxın vəsait xərclənib. Deməli, hər çadır təxminən 30 min manata başa gəlib.

AQTA-nın 1 milyona başa gələn çadırları – Görəsən, hansı materialdan hazırlanıb? - ŞƏKİL

AQTA-nın yayımladığı məlumata və çadırların "məziyyətləri” barədə bəzəkli təqdimata rəğmən, nə qədər diqqətlə baxsaq da, bu çadırların və onların adi su kranı və ət asmaq üçün qarmaqlardan ibarət "avadanlıqlarının” 30 min manata başa gəldiyi heç cür inandırıcı görünmür. Yalnız bu "avadanlıqların” hansısa bahalı əlvan metaldan hazırlandığı, çadırın parçasının isə xalis "çin qumaşı” olduğu təqdirdə belə bir "sənət əsəri” ərsəyə gələ bilərdi. Görünür, tenderlərlə bağlı günümüzün reallığına çevrilən "şişirtmə metodu” burada da öz sözünü deyib…

AQTA-nın 1 milyona başa gələn çadırları – Görəsən, hansı materialdan hazırlanıb? - ŞƏKİL

Xatırladaq ki, AQTA qısa müddətdə bir neçə bu cür tender "möcüzəsi” yarada bilib. 800 minlik çadır tenderilə yanaşı AQTA 643 min manatlıq iki tenderin qalibi olaraq da "Medeks” MMC-ni elan edib. "Medeks” Agentliyə laborator sərf materialları satıb. 12 İyul 2019-cu il tarixində imzalanan müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin İyulun 7-də AQTA Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks” MMC ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin məbləği isə 599 min 749 manatdır.

AQTA-nın 1 milyona başa gələn çadırları – Görəsən, hansı materialdan hazırlanıb? - ŞƏKİL

Maraqlıdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016-cı illərdə "Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. "Medeks” MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və "Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib. Fikrimizcə, əlavə şərhlərə ehtiyac qalmır…(AzPolitika.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar