Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”

Tarix: 16-06-2019 11:38     Baxış: 3184 A- / A+
Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”

Türkiyənin ilk erməni-türk televiziya kanalı olan “Luys TV” fəaliyyətə başlayıb. Bəs görəsən bu televiziyanın açılmasına niyə icazə verilib? Erməni təbliğatının bir parçası olan bu TV-nin fəaliyyətinə necə nəzarət olunacaq?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Qlobal Qəzetçilər Şurasının sədri, DİM mediaq qrupun təsisçisi Mehmet Ali Dim deyib ki, Türkiyədə televiziya açmaq sərbəstdir - istər türkcə, istərsə də ermənicə.

"Qanunlar buna icazə verir. Rəsmi prosedurları tamamladıqdan sonra rahat şəkildə televiziya, qəzet, sayt və digər media qurumu açmaq olar. Türkiyədə rəsmi olaraq hərhansı bir dildə kanal açılmasına qadağa olmadığı üçün bizim də erməni dilində televiziyanın açılmasına etiraz etməyimiz düzgün olmaz".

O bildirib ki, bununla belə televiziyanın yayımına diqqət edilməlidir.

"Biz görməliyik ki, bu televiziya Türkiyənin və qardaşımız Azərbaycanın maraqlarına xələl gətirəcəkmi? Erməni məsələsində Türkiyənin və Azərbaycanın əleyhinəmi veriliş olacaqmı? Əsas bu məsələyə diqqət etmək etmək lazımdır. Bu televiziyanının yayımı izlənilməlidir ki, bilək nədən söhbət gedir. Türkiyədə radio və televiziyaya nəzarət edən bir qurum var. Həmin qurumun işi televiziyaların yayımını izləmək və ehtiyac olarsa yayımını saxlamaqdır. Dolayısı ilə bunu dövlətin diqqətdə saxlaması lazımdır".
Qeyd edək ki, "Luys TV" erməni jurnalist Aram Kuran tərəfindən yaradılıb. Telekanalda 70 faiz erməni, 30 faiz isə Türk dillərində verilişlər yayımlanacaq.

"Luys TV"-nin Baş direktoru Aram Kuran "Anadolu" agentliyinə bildirib ki, sözügedən telekanalın yayım hazırlığı işinə 2 il öncə başlanılıb:

"Telekanalı quran zaman çox çətin yollardan keçdik. Bu çətin yolda bizə ən böyük dəstəyi cənab prezident Rəcəb Tayyib Ərdoğan verdi. Bu münasibətlə mən cənab Ərdoğana öz təşəkkürümü bildirirəm".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar