Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib - ŞƏKİLLƏR

Tarix: 15-06-2019 14:02     Baxış: 3275 A- / A+
Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib


Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 14-də Bakının Kürdəxanı qəsəbəsində 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə tibbi aksiya keçirilib.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli, o cümlədən yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi üçün davamlı və təsirli tədbirlər görülür. Qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunmasına da hərtərəfli dövlət qayğısı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müntəzəm olaraq zəruri tibbi yardım almasına xüsusi həssaslıqla yanaşır. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə müasir tələblərə cavab verən tibb məntəqələri fəaliyyət göstərir.

Zabrat Müalicə-Diaqnostika Mərkəzində təşkil olunan tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki xəstəxanasının 20 nəfərdən ibarət həkim briqadası məcburi köçkünləri müayinə edib, onlara tibbi xidmət göstərib. Tibbi aksiya çərçivəsində 300 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib.

Aksiya çərçivəsində məcburi köçkün ailələrindən birinin iki azyaşlı oğlan uşağı sünnət edilib.

Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Manevr.az


Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Milli Qurtuluş Günü münasibətilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar