Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həsən Ruhanidən İlham Əliyevə minnətdarlıq mesajı

Tarix: 29-11-2016 13:15     Baxış: 2367 A- / A+
Həsən Ruhanidən İlham Əliyevə minnətdarlıq mesajı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Manevr.az xəbər verir ki, dövlət başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransında iştirakının önəmini qeyd etdi və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğulayıb. Dövlət başçısı ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını deyib. Son vaxtlar ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərin həllini tapdığını və uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaqlar.

Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlət başçısına çatdırıb:

“Cənab Prezident Həsən Ruhani İranda baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı ölkəmizə və İran Prezidentinə verdiyiniz başsağlığına görə Sizə minnətdarlığını çatdırmağı məndən xahiş etdi”.

İki ölkə Prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduqlarını deyən Mahmud Vaezi bildirib ki, əgər bu gün biz ölkələrimizin mənafeyinə uyğun lazım olan addımlar ata biliriksə, bu, hər iki Prezidentin dəstəyi sayəsində mümkün olub. Mahmud Vaezi İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verib.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar