Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – ŞƏKİL

Tarix: 05-03-2019 15:31     Baxış: 2354 A- / A+
Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – ŞƏKİL


2016-ci ilin aprel döyüşləri xalqımızın milli vətənpərvərlik dastanına qızıl hərflərlə yazılan tarixi günlərdür. Aprel döyüşləri düşmənin yüzlərlə zabit, əsgəri və onlarla texnikasının məhv edilməsilə yanaşı, bir sıra strateji postların geri qaytarılması ilə nəticələndi.

Döyüşlər ölkədə güclü həmrəyliyin yaranmasına təkan verdi. Düşmənin təxribatlarına qarşı xaricdə diaspor təşkilatlarımız aksiyalar, mitinqlər təşkil etdilər. Soydaşlarımız Ermənistan səfirlikləri qarşısında öz etirazlarını bildirirdilər. Belə soydaşlarımızdan biri də İspaniyada yaşayan Vahid İmanovdur.


Manevr.az
Publika.az-a istinadən xəbər verir ki, Vahid İmanov 15 ilə yaxındır ki, İspaniyada yaşayır. 10 ilə yaxındır ki, Tikinti Sığorta Firmasinda baş mühəndis vəzifəsində çalışır. Bir zamanlar əlinə silah alıb düşmənə qarşı döyüşən könüllülərdən olub.

1976-ci ilin 17 yanvar tarixində Ağsu rayonu Nuran kəndində anadan olub. Qarabağ döyüşlərinin alovlandığı bir vaxtda orta məktəbdə təhsilini yarımçıq qoyaraq, 1992-ci ilin dekabr ayında Füzuli bölgəsinə yollanıb.

“Vətənimiz üçün döyüşmək hər birimizin borcudur. Füzuli, Horadizdə döyüşlərdə iştirak edirdik. Yaşım az olduğu üçün məni “malış” ləqəb ilə çağırırdılar. Hərbi hissə komandirimiz polkovnik Şair Ramaldanov, tabor komandiri Tariyel Qəhrəmanov idi. Ağır döyüşlərdə iştirak edirdik. Amalımız torpaqlarımızın azad olunması idi. Atəşkəsdən sonra da 1997-ci ilə qədər orduda xidmət etdim. Tərxis olunandan sonra başqa sahələrdə çalışdım.

Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – ŞƏKİL


2002-ci ildən Avropada yaşayıram. Aprel döyüşləri başlayanda bütün işlərimi bir kənara qoyub vətənə qayıtdım. Könüllü olaraq döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdim. Aprel döyüşlərindən sonra da iki ay vətəndə qaldım ki, hər an müharibə başlasa yenidən müraciət edim.

Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – ŞƏKİL


Bu gün İspaniyada erməni lobbisinə qarşı fəaliyyətimi davam etdirirəm. İspaniya Krallığının Junta de Castillo Leon əyalətinin Burgos bölgəsinə bağlı Medina de Pomar şəhərində məni tanıyanlar bilirlər ki,fəaliyyətim vətənimlə bağlıdır.

Eyni zamanda Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktoruyam. Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli nümayəndəsiyəm. Sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı adminiyəm. İspaniyada sosial-ictimai fəaliyyətlə ölkəmə xidmət edirəm. Qarabağda döyüşlər başlasa yenidən vətənimə qayıdacam”, – deyə Vahid İmanov vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar