Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Maşın şou"nun iştirakçıları artıq bəllidir

Tarix: 11-05-2018 15:17     Baxış: 4320 A- / A+
"Maşın şou"nun iştirakçıları artıq bəllidir

Ölkənin ən bahalı və ən reytinqli şousunun başlanmasına sayılı günlər qalır.

"Maşın" şou mayın 28-də ATV-də ilk efir həyəcanını yaşayacaq.

"M Group Production"dan aldığımız xəbərə görə, növbəti dəfə 18 məşhur insan maşın uğrunda mübarizə aparmağa hazırlaşır. Bütün Azərbaycanı ekrana bağlayan "Maşın" realiti şounun iştirakçı heyəti artıq bəllidir. Demək olar ki, iştirakçı seçimi yekunlaşıb. İştirakçıların hamısı tanınan, sevilib-seçilən məşhurlardır. Heyətin tərkibində bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da... Lakin bu dəfə yeni adlar çoxluq təşkil edir. Müxtəlif kanalların siması olan tanınmış aparıcıların iştirakı da gözləniləndir. "Maşın"ın 16-cı sürətində də hər kəsi sürprizlərlə dolu bir həyəcan gözləyir. Layihə rəhbəri və aparıcı hər zamankı kimi Əməkdar artist Murad Dadaşovdur.

Qeyd edək ki, Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan "Maşın" ilk efir gününə qədər bir çox məşqlərdən və hazırlıq dövründən keçir. Belə ki, realiti şou üzərində zəhmət çəkən kollektiv ciddi rejimdə hazırlıqlar aparır və gündəlik toplantılar edir. Toplantılarda "Maşın"ın konsepsiyası düşünülür və konsepsiyaya uyğun dekorun hazırlanması üçün danışıqlar gedir.

Onu da vurğulayaq ki, "Maşın" realiti şou bu dəfə 2 önəmli nüansla daha da yadda qalmağa çalışacaq. Belə ki, "Maşın" şounun müəllif hüquqlarının sahibi olan "MGP" özünün 15 illik yubileyini və cümhuriyyətimizin 100 illiyini xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünür. Bayram günü münasibəti ilə studiyaya sürpriz qonaqlar da dəvət olunacaq.

Yeni loqonun və konsepsiyanın tizeri üzümüzə gələn həftədən etibarən yayıma buraxılacaq. "Maşın"ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqram düşünüb hazırlamağa da başlayıb.

Beləliklə "Maşın" realiti şou 16-cı möhtəşəm sürəti ilə may ayının 28-dən etibarən reytinqləri alt-üst etməyə gəlir...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar