Sizin Reklam Burada
Xəbər lenti
09 aprel
08 aprel
BÜTÜN XƏBƏRLƏR

İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı - VİDEO

Tarix: 21-03-2020 13:42     Baxış: 494 A- / A+
İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı - VİDEO

Dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkə İtaliyadır. Həmin ölkədə bu günə qədər 47 mindən çox insan virusa yoluxub, 4076 nəfər dünyasını dəyişib.

15 ildir ki, İtaliyada həkim kimi çalışan həmyerlimiz Bahar Yusifzadə pandemiya ilə bağlı azxeber.com-a müsahibə verib.

O deyib ki, Milanda yaşayır və bu şəhərdə vəziyyət çox gərgindir:

“İtaliyanın Milan şəhərində yaşayıram. San Rafael hospitalının kardiologiya şöbəsində həkiməm. Hazırda virusla bağlı ən kritik vəziyyət İtaliyanın şimal bölgəsindədir. Epidemiya ölkədə ilk dəfə elə bu əyalətdə başladı. Dəqiq hesablamalara görə, burada virusa yoluxanların sayı 41 min nəfərdir. Milanın ətrafında olan bölgələrdə yaşlı əhalinin sayının çox olması ilə əlaqədar ölənlərin sayı daha çoxdur”.

Bahar Yusifzadə koronavirusun İtaliyada nəyə görə bu qədər geniş yayılmasından da danışıb:

“Koronavirus ilk dəfə yayılanda heç kəs vəziyyətin bu qədər ciddi olacağına inanmırdı. Burada onu ciddiyə almadılar, hamı zarafatla qarşıladı. İndi isə qarşısını ala bilmirlər, hər kəs çarəsizdir. Düşünürəm ki, virus haqqında məlumat daxil olan kimi karantin rejimi elan edilməli idi. O halda bu qədər ölüm olmazdı”.

Bahar Yusifzadə Azərbaycan xalqına da müraciət edib:

“Azərbaycan dövləti çox gözəl işlər, qabaqlayıcı tədbirlər görür. İtaliyada bunu etmədilər, çox gecikdilər. Mən, sadəcə, xalqımıza deyirəm ki, özlərini karantinə alsınlar, evdən çölə çıxmasınlar. Sizin qədər şanslı deyiləm, işimə görə hər gün xəstəxanaya getməliyəm. Evdə otursanız, xəstəlik geniş yayılmaz. Buradakı tələbələrə də deyirəm ki, Azərbaycana qayıtmaq lazım deyil. Onsuz da qayıdan kimi karantində qalacaqsınız, ondansa, burada evinizdə qalın”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar