Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avstraliyada sürücüsüz avtobuslar sərnişinləri daşımağa başlayıb

Tarix: 20-07-2019 09:23     Baxış: 4164 A- / A+
Avstraliyada sürücüsüz avtobuslar sərnişinləri daşımağa başlayıb


Yeni Cənubi Uels hakimiyyəti Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət göstərməsi üçün "BusBot" proqramının ikinci sınaq mərhələsini işə salıb. "EasyMile" şirkətinin "EZ10" modelinin robot şattları ilk öncə liman boyunca istirahət edənləri daşıyırdı, amma bundan sonra onlar "Marian Grove Retirement Village" kənd-sanatoriyasında yaşlıları daşıyacaqlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Via" ictimai nəqliyyat xidməti tərəfindən smartfon üçün hazırlanmış sadə proqram vasitəsilə sürücüsüz avtobus çağırmaq mümkündür. Lakin bu, şəxsi taksi deyil, buna görə proqramda göstərilmiş avtobus dayanacağına getmək lazımdır. Yalnız kənd ərazisində hərəkət edən avtobusa minmə və düşmə dayanacaqlarda həyata keçirilir.

"BusBot" konsepsiyası, həmçinin sürücüsüz nəqliyyat vasitəsinin kollektiv, ictimai xidmət göstərdiyini nəzərdə tutur. Bu səbəbdən tək getmək alınmayacaq, sistem boş yerlərin mövcudluğunu izləyir, bütün sərnişinləri qısa müddətə daşımaq üçün hərəkət marşrutu qurur.

Sürücüsüz avtobusun ikinci sınaq mərhələsi təxminən 22 həftə davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar