Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Qurtuluş Günü Ankarada qeyd olundu

Tarix: 16-06-2019 14:34     Baxış: 3152 A- / A+
Milli Qurtuluş Günü Ankarada qeyd olundu


Azərbaycanın dövlətçilik tarixində önəmli bir gün olan 15 iyun – Milli Qurtuluş Günü Azərbaycanlı Gənclərin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin təşkilatçılığı, Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığının (YTB) dəstəyi ilə YTB-nin Ankaradakı Hamamönü ofisində qeyd olundu.

Tədbirdə AGAH tərəfindən təşkil edilən “101 yaşlı Cümhuriyyətim 1 fotoda” müsabiqəsinin qalibləri də mükafatlandırıldı.

Tədbirdə çıxış edən AGAH sədri Təbriz Raufoğlu Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə əlaqədar keçirilən foto yarışmasının qaliblərinin mükafatlandırma mərasiminin 15 iyun Milli Qurtuluş Günündə keçirilməsinim önəmini vurğulayaraq, dövlətimiz üçün önəmli olan özəl günlərin ayrışdırılmadan birlikdə qeyd olunmasının vacibliyini qeyd etdi.

15 iyun Milli Qurtuluş Günü haqqında toplantı iştirakçılarına geniş məlumat verən Təbriz Raufoğlu, bu tarixin əslində Azərbaycanın böyük bir xaosdan, fəlakətdən qurtulduğu bir tarix olduğunu vurğuladı.

15 iyundan əvvəl Azərbaycanda Qarabağ müharibəsinin də səbəb olduğu bir sistemsizlik (xaos) olduğunu deyən AGAH sədri indiki müstəqil Azərbaycanın gələcəyi öz əlində olan güclü bir ölkəyə çevrildiyini diqqətə çatdırdı.

Çıxışının sonunda isə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş foto müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasiminə və 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbirə qatılan bütün iştirakçılara təşəkkür etdi.

AGAH tərəfindən təşkil edilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi ilə davam edən tədbirin sonunda xatirə şəkili çəkdirildi.

Xatırladaq ki, “101 yaşlı Cümhuriyyətim 1 fotoda” adlı müsabiqəyə Azerbaycandan, Türkiyədən bir çox universitetin tələbələri tərəfindən 55-dən çox fotoşəkillər göndərilib.

Tədbir çərçivəsində Ankara Hacı Bayram Univetsitetinin Fotoqrafçılıq Klubunun təcrübəli mütəxəssisləri tərəfindən dəyərləndirilən və dərəcəyə layiq görülən müsabiqə fotolarının sərgisi də təşkil edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar