Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putin niyə müharibə istəyir?

Tarix: 28-05-2019 21:37     Baxış: 3319 A- / A+
Putin niyə müharibə istəyir?

Rusiya prezidenti Vladimir Putinə etimad reytinqi yeni minimuma enib və hal-hazırda 31,7 faiz təşkil edir.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin 13-19 may tarixlərində aparılan rəy sorğuları bu nəticəni göstərir. Bununla bərabər, respondentlərin 65,8 faizi bildirib ki, Rusiyada prezident institutunun fəaliyyətini dəstəkləyirlər. 2018-ci ilin payızında Levada Mərkəzinin hesabatında deyilirdi ki, Putinə olan etimad reytinqi 58 faiz təşkil edir.

Həmin an bu göstərici 2013-cü ilin səviyyəsinə enmişdi. O zaman Putinə olan etimad 55 faiz idi. Levada Mərkəzinin məlumatına görə, 2018-ci ildə prezidentə olan etimad 2017-ci il ilə müqayisədə 17 faiz aşağı düşmüşdü. Eyni zamanda, “prezident heç bir etimada layiq deyil” deyənlərin payı 4 faizdən 13 faizə qalxmışdı. 2015-ci ildə Putinə olan etimad reytinqi 80 faiz idi. 2016 və 2017-ci illərdə həmin reytinq müvafiq olaraq 74 faiz və 75 faiz idi.

Maraqlıdır, Putinin etimad reytinqi niyə düşür?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şəhində Putinin reytinqinin aşağı düşməsinə səbəb olan amillərə aydınlıq gətirib. N.Miri hesab edir ki, bugünə qədər Putin rejimi Rusiya ictimai rəyini geosiyasi uğurlarla idarə edə bilirdi:
Putin niyə müharibə istəyir?

“Ancaq bu, uzunmüddətli perspektivdə o qədər də effekt vermir. Çünki Rusiya ictimaiyyəti nə qədər imperiya, hərbi cəhətdən güclü dövlət tərəfdarı olsa belə, onlar süfrəsində müəyyən mənada bolluq görməyəndə, ciblərində daha artıq pul olmayanda təbii ki, ictimai rəy Putinin əleyhinə işləməyə başlayır. Bu günə qədər ictimai rəyi ABŞ-ın timsalında düşmən obrazı yaratmaqla Putinin xeyrinə formalaşdırırdılar. Ayrıca Kreml Ukrayna və Suriyada qazanılan uğurlar hesabına ictimai rəyi öz xeyrinə dəyişə bilirdisə, artıq bunu edə bilmirlər. Çünki iqtisadi baxımdan Rusiyada heç bir irəliləyiş yoxdur. Digər tərəfdən iqtisadi baxımdan Rusiyanın imkanları getdikcə daralmağa doğru gedir. Bu gün Rusiya büdcəsinin əsasını enerji daşıyıcıları təşkil edir. ABŞ Rusiyanı Avropa və digər bazarlardan sıxışdırmağa başlayıb. Ona görə də düşünürəm ki, Rusiya ictimaiyyətində Putinin iqtisadi baxımdan geri dönüş edə bilməyəcəyinə əminlik yarandığı üçün reytinqi düşməyə başlayıb”.

Natiq Mirinin sözlərinə görə, Putin hakimiyyəti ictimai rəydəki nüfuzunu bərpa etmək üçün qısamüddətli hərbi münaqişələrə gedə bilər. Politoloq hesab edir ki, Rusiya hərbi addımları Ukrayna və post-sovet məkanında atacaq:

“Ola bilər ki, Putin ictimai rəydə nüfuz qazanmaq üçün ciddi geosiyasi addımlar atsın. Bu, Ukrayna və ya post sovet məkanında olan digər cəbhələrdə də baş verə bilər. Hansısa qısamüddətli hərbi uğurlar qazanmaqla Putin rejimi yenidən öz nüfuzunu bərpa etməyə səy göstərməyə çalışacaq.

Putin rejimi ictimai nüfuza bu cür təsir etmək üçün daim bu metodlardan yararlanıb. Rusiyada yaxın gələcək üçün iqtisadi uğurların əldə olunması real görünmür. Ona görə də yalnız hərbi uğurlar nəticəsində ictimai rəyi Putinin leyhinə yönəldə bilər. Çünki bu gün Rusiya iqtisadiyyatında çevik və ciddi mənada islahatlar aparılmır. Bununla yanaşı iqtisadi imkanlar da getdikcə artmaq əvəzinə, azalır. Rusiya ictimai rəyinin Putinin əleyhinə olması da məhz iqtisadi uğursuzluqla bağlıdır. Hesab edirəm ki, bu amildən istifadə etməklə ictimai rəyi Putinin xeyrinə dəyişmək mümkün olmayacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar