Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Generalın qalstukundakı gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...

Tarix: 22-04-2019 19:16     Baxış: 3363 A- / A+
Generalın qalstukundakı gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...

Rusiyanın Peterburq şəhərində İstintaq Komitəsinin Kalininqrad regional idarəsinin rəhbəri, general Viktor Ledenovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi gedir.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmədə dəlil kimi Federal Təhükəsizlik Xidmətinin apardığı gizli audi-video çəkilişlər də təqdim olunub. “Kommersant”ın yazdığına görə xüsusi xidmət orqanları baş redaktoru ifşa etmək üçün gizli kameraları generalın kabinetindəki gül qabında və onun qalstukunda yerləşdirblər.

İstintaqın versiyasına görə Kalininqrad vilayət dumasının deputatı İqor Rudnikovun baş redaktoru olduğu “Novıe kolesa” qəzeti Ledenevin barəsində ifşaedici məqalə yazıb. Həmin məqalədə generalın dəbdəbəli malikanədə yaşadığı göstərilirdi. General isə bu məqaləni onun və istintaq idarəsinin nüfuzuna zərbə kimi qiymətləndirib, jurnalistdən şikayət edib.
Generalın qalstukundakı gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...

Bildirilir ki, 2017-ci ilin avqustunda , həmin məqalənin dərcindən sonra Rudnikov tanışından generalın yazılanlardan bərk narazı olduğunu eşidib. Bundan sonra baş redaktorda belə niyyət yaranıb ki, ifşaedici məqalələri davam etdirməklə hədələyərək Ledenevdən 50 min dollar qoparsın.

Baş redaktorun tanışı bu işdə vasitəçilik edir və generala həmin tələbi çatdırır. Həmin ilin noyabrında Kalininqrad kafelərindən birində general baş redaktorun köməkçisinə xüsusi hazırlanmış pulları verir. Həmin gün FTX əməkdaşları Rudnikovu tutublar. Həbs olunarkən onu xüsusi qəddarlıqla döyüblər, əlini sındırıblar və dindirməyə alt paltarında gətiriblər.
Generalın qalstukundakı gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...

Məhkəmədə araşdırılan gizli audio-video yazılarda isə baş redaktorun generaldan pul tələb etməsi təsdiqlənmir. Belə ki, Rudnikov generalın qəbuluna gedərək məruz qaldığı hücumla bağlı işin sui-qəsd kimi qiymətləndirilməsini istəyir. Bildirir ki, əvəzində Ledenevdən tənqidi yazmayacaq. Ledenev isə prokurorluğa jurnalistə qəsd işinə yenidən baxılması üçün məktub göndərməyə razılaşır, eyni zamanda ona 50 min dollar ötürməyə çalışır.

Generalın qalstukunda yerləşdirilmiş gizli kameranın çəkdiyi görüntülərə əsasən Ledenev təqvim vərəqində “50 min” yazır, sonra altında pul paçkası olan vərəqi qaldırır. “Götür, mənim kabinetimdə rahat ola bilərsən. Burada mənim təhlükəsizliyim yoxlanılır”-general Rudnikovu pulu götürməyə inandırmağa çalışır. Amma Rudnikov kabinetdə pulu götürmür.

Rudnikov hədə-qorxu ilə pul tələb etməsini inkar edir, bildirir ki, generaldan ancaq onun işinə yenidən baxılmasını xahiş etmişdi.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar