Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Hitlerin sualtı qayıqları” Türkiyədə necə tapıldı? - TƏFƏRRÜAT

Tarix: 09-02-2019 11:42     Baxış: 3246 A- / A+
“Hitlerin sualtı qayıqları” Türkiyədə necə tapıldı? - TƏFƏRRÜAT


TRT telekanalının “Mavi Tutku” proqramının çəkiliş qrupunun rəhbəri Hakan Aslan 1944-cü ildə Qara dənizin Türkiyə sahillərində batırılmış faşist Almaniyasına aid “U-23” sualtı qayığının aşkarlanması ilə bağlı təfsilatları “RİA Novosti”yə açıqlayıb.

“2010-cu ildə Qara dənizin Qarasu rayonunda 1994-cü ildə Türkiyə HDQ aid gəmi tərəfindən aşkarlanmış “U-20” sualtı qayığını çəkirdik. Elə o vaxtdan batırılmış alman sualtı qayıqları ilə -“U-19”, “U-20” və “U-23”lə maraqlanmağa başladıq. Almaniyada “U-23”ün komandiri olmuş Rudolf Arendti axtarıb tapa bildik. Yəqin o həmin hadisələrin sağ qalan yeganə şahididir. 97 yaşı var. O qayığın harada batırıldığını bizə ətraflı danışdı”, - deyə agentliyin müsahibi bildirib.

X.Aslanın sözlərinə görə, çəkiliş qrupu buna qədər bir çox batırılmış sualtı qayıqları aşkarlanmış Türkiyənin tanınmış tədqiqatçısı və dalğıcı Səlcuk Kolayla səylərini birləşdirdi.

“Nəticədə təxmini axtarış çevrəsini müəyyən etdik”, - deyə Aslan əlavə edib.

Türkiyənin Hərbi Dəniz Qüvvələri onlara böyük dərinliklərdə işləmə imkanları olan üç ədəd axtarış-xilasetmə (yerli istehsal olunmuş) gəmisi göndərməklə dəstək olub.

“Biz hərbçilərə axtarışla bağlı öz təkliflərimizi verdik, onlar təklifləri qəbul edib, göstərdiyimiz çevrədə axtarışlara başladılar. Əlbəttə gəmilər xüsusi olaraq həmin yerdə sualtı-qayığı axtarmağa göndərilmirdi, sadəcə bizi maraqlandıran rayonda xidmətdə olan gəmilər axtarışa cəlb olunmuşdu. Bu səylər uğurla nəticələndi, sualtı qayığı yanvarın sonunda aşkarlaya bildik”, - deyə Aslan bildirib.

Türkiyə hökuməti hələ ki, “Hitlerin sualtı qayığını” suyun səthinə qaldırmağı planlaşdırmır, belə ki, layihənin texniki tərəfləri və ümumilikdə əməliyyat böyük xərclər tələb edir. Üstəlik uzun müddət keçməsinə baxmayaraq yaxşı vəziyyətdə qalmış “U-20” və “U-23” sualtı qayıqları dayverlərin – həvəskar və peşəkar dalğıcların böyük marağına səbəb olur.

Batmış sualtı-qayıqlarla Almaniya da maraqlanır. Bir qrup almaniyalı jurnalist artıq “U-20”lə tanış olmaq üçün İstanbula gəlib, onlar dənizin dibinə enib, bu haqda məqalə yazıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar