Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xomeyninin nəticəsi dəbdəbəli həyat sürməkdə ittiham olunur

Tarix: 11-12-2018 22:25     Baxış: 3226 A- / A+
Xomeyninin nəticəsi dəbdəbəli həyat sürməkdə ittiham olunur

1979-cu ildə İran İslam İnqilabının banisi və yoxsulların müdafiəçisi kimi tanınan Ayətullah Ruhulla Xomeyninin nəticəsi dəbdəbəli həyat sürdüyü ilə bağlı itttihamlardan özünü müdafiə etmək məcburiyyətində qalıb.


Manevr.az
xəbər verir ki, 21 yaşlı gənc ruhani Əhməd Xomeyni internetdə onun atçılıq klubunda gənc bir qızın yanında dəbli gözlük taxdığı və Nike geyim şirkətinə məxsus köynək geydiyi foto-şəklinin yerləşdirilməsinə cavab verib.

Farsdilli sosial şəbəkələrdə tez bir zamanda gənc Xomeyninin iranlıların çoxu üçün əlçatmaz sayılan “dəbdəbəli həyat tərzinə uyğun olaraq atçılıq xobbisi” tənqid edilib. Ölkə əhalisinin böyük hissəsi ABŞ-ın Tehrana qarşı hərbi və nüvə ambisiyaları, eləcə də insan haqları pozuntuları ilə əlaqədar olaraq sanksiyaları yenidən tətbiq etməsindən sonra milli valyutanın dəyər itirməsi kimi problemlərlə qarşı-qarşıyadır.

Mühafizəkar Xorasan gündəlik qəzetinin baş redaktoru Məhəmməd Səid Əhədiyan şəklin “bugünkü çətin şəraitdə” yayılmasının “imamın adına xələl gətirdiyini” deyərək, Ruhulla Xomeyninin yoxsullara şəfqət nümayiş etdirmək üçün sadə həyat yaşadığını bildirib.

O, Əhməd Xomeyninin atası Həsən Xomeynini oğlunun hərəkətini qınamağa, ya da Xomeyninin irsini başqalarına həvalə etməyə çağırıb. Həsən Xomeyni İran rəhbərliyinin islahatçı tənqidçilərinə yaxın siyasətçi hesab edilir.

1989-cu ildə vəfat edən Ayətullah Xomeyni İran İslam Respublikasının banisi hesab edilir. Tərəfdarları onu “İmam” adlandırır.

Moj xəbər agentliyinin rəhbəri siyasi əlaqələr və ailə münasibətlərindən bəhrələnən elitanın övladlarına münasibətdə istifadə edilən ifadəni işlədərək, Əhməd Xomeynini “dəbdəbəli ağazadə” adlandırıb.

“Sənin hərəkətin Xomeyniyə uyğun deyil. Sənin Ayətullullahla heç bir əlaqən yoxdur, sadəcə, onun adını daşıyırsan. İmam heç vaxt insanların bu qədər problemi olan vaxt at çapmazdı” – deyə, Əmir Tohid Fazel Twitter sosial şəbəkəsində yazıb.

Instgram sosial şəbəkəsində 650 mindən çox izləyicisi olan Əhməd Xomeyni tənqidlərə cavab verərək, maliyyə imtiyazlarına maik olmadığını, şəklin bir ildən əvvəl çəkildiyini və kiminsə onun istəyinin əksinə olaraq, özəl arxivdən götürüb şəkli internetdə yerləşdirdiyini deyib.

O deyib ki, bunun arxasında duranlar 2016-cı ildə sərt-xətt tərəfdarı Nəzarət Şurası tərəfindən Ekspertlər Şurasına seçilməsinə mane olunan atası Həsən Xomeynini hədəf alıb.

Şura ölkədə siyasi və dini hakimiyyətə malik ali dini rəhbəri seçmək səlahiyyətlərinə malikdir./amerikaninsesi.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar