Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişiləri gözdən salmayın...

Tarix: 03-08-2016 10:59     Baxış: 1458 A- / A+
Kişiləri gözdən salmayın...

Jalə Mütəllimova


Hərdən elə şeylər olur ki, adam özündə böyüdüb üstünə dərd yarlığı yapışdırdığı şeylərdən utanır. Deyirsən ki, hələ şükür eləməyin yeri var. Mənə noolub ki?!..
Əhməd, Həsən, Hüseyn, Məmmədə baxanda mən əməlli adamam axı. Tərslikdən sadaladıqlarım da kişi adı oldu. Əslində bizim cəmiyyətin mənə görə anormal qaydasıdır bu. Uşağın pampersini almaqdan tutmuş hər şey kişinin boynunadır. Həm maliyyəsini düz-qoş eləməlidir, həm də alıb gətirməlidir, borcudur.


O üzdən kişisinin cibi boşalan, işi zəifləyən ailələrdə elə birinci urvatdan düşən də kişilər olur.

Kimsə etiraf etməz, amma indiki şərtlər və qaydalarda qadınlar qədər kişilərin də hüquqları ilə bağlı bir xeyli məsələlər bərbad gündədir. Artıq məsələ o həddədir ki, Avropaya inteqrasiya, sosial şəbəkə, bəzi iş yelərində qadınlara üstünlük verilməsi, iqtisadi baxımdan zərif cinsi kişilərdən öndə, sözükeçən edib xeyli. Bu hər şeyi dəyişən, lap desəniz Azərbaycanın ailə qanunlarının təməlini zədələyən məqamdır.

Fərdi yanaşmamdır. Çünki bizim mentalitet dediyimiz yazılmamış qaydalar toplumumuzda mərdliyin, cəsarətin, liderliyin simvoludur kişilər. Onlar alçalanda, yalvarmaq həddinə gətiriləndə az əvvəl qeyd olunan mənzərə yaranır. Sizi bilmirəm, kişiləri alçaldılmış görəndə mənim az qala ölməyim gəlir. Düşünürəm ki, kişisi aciz duruma qalan məmələkətin, cəmiyyətin qadınından nə desən gözləmək olar. Bu qadınları aşağılamaq kimi anlaşılmasn gərək. Çünki qaydaların dəyişdirilməsi mexanizmi hər şeyi bu vəziyyətə gətirib.

O üzdən Azərbaycanın voleybolçulardan ibarət kişi yığmasının üzvü olan idmançıların, ölkənin birinci adamına üz tutmağa məcbur olması həm də SOS siqnalıdır.
Qarşıdan İslam Oyunları Olimpiadası gəlir. Sözügedən komanda bu yarışlarda Azərbaycanı təmsil etməlidir. Görün, nələr yaşanır.

İki ildən çoxdur idman forması verilməyən, bir köynəyi növbə ilə geyinib beynəlxalq yarışmalara gedəcəkləri sənədlərə şəkil çəkdirmək məcburiyyətində qalan, maaşlarını almaq üçün zülümlərdən keçən, məşq edə bilməyən, beynəlxalq yarışmalara əllərində Azərbaycan bayrağı, əyinlərində sökük-yırtıq idman formaları, özü də qatarla takhatakla iki gün yol gedib mənzil başına çatandan cəmi iki saat sonra oyuna çıxan, yarısı qızdırmalı, yarısı qarın ağrılı, soyuqlamış azərbaycanlı voleybolçular, həm də azərbaycanlı oğlanlar, kişilərdilər.

İndi onlara nə get deyirlər, nə qal. İndi onlar ailələri qarşısında, xəstə valideynləri qarşısında təkcə idmançı deyillən, həm də aciz duruma düşmüş övlad, ər, qardaş ən nəhayəti azərbaycanlı kişidirlər.

Onlara nə qal deyən var, nə get. Hətta o durumdadırlar ki, Azərbaycan Vleybol Federasiyasının hesabından artıq yaşadıqları evləri kirayə haqları belə ödənilmir. “Gedin sezonda gəlin” tapşırığı alan kişi voleybolçular “hara gedək? Kimdən alaq əməkhaqqımızı? Necə yaşayaq? Ailələrimizə nə cavab verək?” kimi suallar qarşısında qalıblar.
Bu təkcə idmana sayğısızlıq deyil. Bu həm də Azərbaycana, onun başında dayanan, idmana on minlərlə, milyonlarla pul ayrılmasını təmin edən liderə sayğısızlıqdır. Gözəlim məmləkətdə durumlar bu qədər aydın müstəviyə keçib artıq. Açıqca sayğısızlıq edirlər hamıya, hər şeyə, hər kəsə!

Onlarla belə situasiya görürük ən müxtəlif sahəlrdə. Həm müəllif, həm vətəndaş olaraq məyus olduğum məqamlardan biri də bu ki, Azərbaycandan başqa heç bir ölkədə vətəndaşlar təsərrüfat- maliyyə işləri, sosial durumları, məmur özbaşınalığı ilə bağlı öz prezidentinə üz tutmur. Çalışdığımız redaksiyalarda belə bu işləri həll eləyən maliyyəçilər, təsrrütat müdirləri var. Baş redaktor bu işi görmür, sadəcə, tapşırıq verir. Ölkəni götürəndə isə bu o cəmiyyətlərdə olur ki, yerlərdə vətəndaşa o problemi yaradan adamların əksəriyyəti ya yerində deyil, ya da nə etdiklərini anlamırlar. İkinci bir az hələ onlara olan ümiddən doğur. Etdiklərini anlamamaq yəni. Amma çaşıb bircə dəfə yaxşı iş görməmələri artıq o ümidi də öldürür. İndi hər nədirsə sonunda yaranan vəziyyət bu: Ölkə rəhbəri-vətəndaş münasibətini gərginləşir. Vətəndaşla birinci adam üz-üzə qalır. Başqa sözlə, vətəndaş ancaq birinci adama inanır, ondan nəsə eləmək barədə göstəriş verməsini umur və gözləyir.

O voleybolçulara gəlincə, onların sosial problemləri və ya bu məsələnin siyasi tərəflərinin olub-olmadığını araşdırmaq kimi niyyətim yox. Adamı ağrıdan və narahat eləyən ən ciddi məqam Azərbaycanı ifadə eləyən komandanın bu durumda olmasıdır. Son dərəcə acınacqlı müşahidələrdir. Amma bu da bir həqiqət ki, hər şeyin ucu maliyyəyə bağlananda mənzərə başqa cür olmur. İnsan nəfsini iradəsinə tabe edə bilməyəndə həm ölkənin, həm də elə insanlığın faciəsi başlayır.

Bu üzdən cənab məmurlar, federasiya, komitə, təşkilat, qurum və sair rəhbərləri dünyada heç bir millətin prezidenti ölkənin qlobal işlərini qoyub və ya onlara paralel həm də dəftərxana, xırda maliyyə, təsərrüfat işləri, sosial problemlərlə uğraşmır, bu bir.
Heç bir ölkədə maliyyələşdirən şəxslə işçi arasında bu qədər maliyyə it-batı olmur - bu iki.

Heç bir ölkənin vəzifəli adamları ilin on iki ayı ezamiyyətdə olmur, "yoxam" demir qəbuluna düşmək istəyən əməkdaşına - bu üç.

Heç bir ölkənin idmançısı, vətəndaşı, kişisi bu qədər yazıq-yazıq yalvarmır məmuruna - bu da dörd!

Çox yox hərəniz beş-üç faiz öz işini görsün. Lap iynənin ulduzu qədər nəfsinə hakim olsun, əlini açıq tutub özündən aşağıda olana, işçisinə bir az o da insanmış kimi davransın. Bir sözlə, bu ölkədə hər şeyin normal, yaxşı bəlkə lap əla olmasının yeganə yolu sizin insafınızdan, nəfsinizdən keçir.

Bakının küçələri qədər demirəm, onun da elə beş-üç faizi qədər insafınızı söküb yenidən yığın. Bəlkə o zaman ailələrinin gözündən düşmək həddində olan minərlə insanın həyatını qurtara bilərsiniz. Çünki bir insanın, bir kişinin yıxıla biləcəyi ən böyük hündürlük ailəsinin gözüdür. Kişiliyin faciəsi o yıxılmadan başlayır. Bu məmləkətin kişilərini qadınları qədər qoruyun. Gözdən və urvatdan salmayın. Gözdən düşən kişilərlə Qarabağ savaşı eləmək olmaz çünki...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar