Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bu yolla bölgələrdə işsizliyi aradan qaldıra və miqrasiyanın qarşısını ala bilərik - Deputat

Tarix: 20-11-2025 13:00     Baxış: 325 A- / A+
Bu yolla bölgələrdə işsizliyi aradan qaldıra və miqrasiyanın qarşısını ala bilərik - Deputat
“2026-cı il dövlət büdcəsinin uğurlu göstəricilər ölkədə iqtisadi dayanıqlığı artırır, sosial rifahı yüksəldir və uzunmüddətli dövr üçün iqtisadi artımı təmin edir. Bütün bunlar təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.
Manevr.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.
Büdcə ilə bağlı  təkliflərini səsləndirən deputat bildirib ki, mənzil növbəsində duran həssas təbəqədən olan insanların mənzillə təmin edilməsi ilə bağlıdır. 
“Qeyd edim ki, təmsil etdiyim Lerik rayonunda indiyə kimi mənzil növbəsində duran 102 nəfər şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. 
Hal-hazırda rayonda 282 nəfər həssas təbəqədən olan vətəndaş mənzil növbəsindədir. Rayonda bu təbəqədən olan vətəndaşlar üçün sonuncu ev 2019-cu ildə tikilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həssas təbəqədən olan vətəndaşlar üçün fərdi ev və ya çoxmənzilli bina tikmək işini dayandırıb. Nazirlik bu məqsədlə yalnız hazır evlərin satın alınmasını həyata keçirir. Təmsil etdiyim Lerik və Astara rayonlarının kəndlərində də satışda olan hazır evlər yoxdur ki, Nazirlik onları alıb həmin vətəndaşlara təqdim etsin. 
Nazirlik kvadrat hesabı ilə mənzil alacaq deyə, sahibkarlar bu məqsədlə çoxmənzilli bina tikməkdə də maraqlı deyillər. Buna görə də təklif edirəm ki, həssas təbəqədən olan vətəndaşları mənzillə təmin etmək üçün Nazirlik tərəfindən çoxmənzilli binalar və fərdi evlərin tikintisi həyata keçirilsin. Və ya, şəhid ailələri və müharibə əlillərinə mənzil vermək üçün nəzərdə tutulan vəsait bu kateqoriyadan olan insanların özlərinə verilsin. Vətəndaş özü öz evini tiksin və ya harada istəyirsə, özünə mənzil alsın. Bununla da, bu məsələ həll edilmiş olsun”, - o qeyd edib.
 
Deputat eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı təklif irəli sürüb: “Məlumdur ki, bölgələrdən şəhərlərə miqrasiyanın qarşısını almaq vacibdir və bunun üçün ilk növbədə bölgələrdə yeni iş yerləri yaratmaq lazımdır. İndiyə qədər dövlət bu sahədə bir sıra addımlar atıb, özünüməşğulluq proqramları həyata keçirib. 
Hesab edirəm ki, bölgələrdə yeni iş yerləri yaratmaq üçün özünüməşğulluq proqramları genişləndirilməli, eyni zamanda, paralel olaraq, sahibkarlıq, xüsusilə də kiçik və orta sahibkarlıq dəstəklənməlidir. Ümumi inkişafın səviyyəsi kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır.
Kiçik və orta sahibkarlığı inkişaf etdirməklə biz bölgələrdə işsizliyi aradan qaldıra və bununla miqrasiyanın qarşısını ala bilərik”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar