Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Nailiyyətlərimiz danılmazdır, ancaq gözləntilərimiz də başa düşüləndir…”

Tarix: 31-10-2018 15:13     Baxış: 3489 A- / A+
“Nailiyyətlərimiz danılmazdır, ancaq gözləntilərimiz də başa düşüləndir…”


“Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz…”

Heydər Əliyev

Artıq, başa çatmaqda olan oktyabr ayı hər şeydən əvvəl, Ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5-ci ildönümü, Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsi, elm və təhsilin problemlərinə dair bir sıra beynəlxalq konfrans və sərgilərin təşkilinə ev sahibliyi etməyimizlə daha çox yadda qalan oldu. Təhsilimizin mövcud durumuna keçən müddət baxımından bir daha nəzər salmaq imkanımız da oldu: “Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir.Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir.”

Başqa sözlə desək “Dövlət Strategiyası”na əsasən mövcud vəziyyətin təhlili göstərib ki, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Digər tərəfdən o da qeyd olunub ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. Hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.

Təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Qeyd olunanlarla yanaşı, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilmişdir.

Əbəs yerə deyil ki, “Strateqiya”da Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.

Strateqiyanın qəbul edilməsindən keçən 5 illik bir müddət ərzində nəzərdə tutulmuş hədəflərə çatmaq istiqamətində müəyyən işlərin görülməsini inkar etmək əlbətddə ədalətsizlik olardı. Hər şeydən əvvəl əsaslı tikinti, təmir və təchizat, digər infrastrukturların yaradılması və daha da təkmilləşdirilməsi, təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərə çarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir. “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilib.

Müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis olunub. Müəllim əməyinin stimullasdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb. Dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biri kimi dərsliklərin keyfiyyətini artırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinə hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib.

Təhsilin yeniləşməsi və təkmilləşdirilməsi istiqamətində “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklər əlavə edilib, bu məqsədlə yeni sahəvi qanunlar qəbul olunub, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinin yaxın həftələrdə Milli Məclisin növbəti sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Eyni zamanda “Tələbə kreditləri haqqında” Qanunun qəbul ediləcəyi ilə əlaqədar beynəlxalq təcrübə öyrənilir.

Azərbaycanda təhsil sahəsində beynəlxalq əməkdaşlıq əsasən, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsini, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığını, təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müəllimlərin ixtisasının artırılması, stajkeçməsini, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsili, dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsili, əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsilini əhatə edir.

Ali təhsilin hamı üçün əlçatan olması üçün abituriyentlərə ali məktəblərə qəbulla bağlı ikinci şans verilir. Adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı dövlətləri ilə rəqabət apara bilməsinə şərait yaradılması məqsədilə universitetlərin nəzdində hazırlıq kurslarının yaradılması nəzərdə tutulub. 4 ali təhsil müəssisəsinə – BDU, UNEC, ADU və “Mühəndislər universiteti”nə publik-hüquqi şəxs statusu verilib və s. Görülən işlərin siyahısını daha da artırmaq olar. Bununla belə təhsilimiz müəyyən çatışmazlıqlardan da xali deyil, təhsilimizdən böyük gözləntilərimiz var.

Lakin bir məqamı da nəzərə almalıyıq ki, kifayət qədər müddət keçməsinə baxmayaraq, bütün uğur və uğursuzluqlarımıza rəğmən təhsilimizin bu günki mövcud durumunu keçid dövrü kimi də xarakteriza etmək olar. Müstəqilliyimizin ilk illərində ölkənin sosial, iqtisadi həyatında olduğu kimi təhsil sahəsində də keçid dövrü ilə əlaqədar müəyyən qədər boşluqlar meydana gəldi. Əbəs yerə deyil, hələ 1999-cu ildə qəbul edilmiş “Təhsil sahəsində İslahat Proqramı”nda təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişikliklərinin aparılması təhsilin əsas məqsədlərindən biri kimi qeyd edilmişdi. Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə “Proqram”dan müəyyən kənar çıxmalara yol verdik ki, bütün bunlar da təhsilimizin dinamik və harmonik inkişafına təsirsiz ötüşmədi. Halbu ki, mərhum prezidentimizin ibarəsi ilə desək, ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan…”

Hazırda strategiyamız hazırlanıb, “Strategiya”dan irəli gələn Fəaliyyət planımız var, məqsədimiz müəyyənləşib, vəzifələrimiz aydınlaşıb, sistemin tam oturuşması üçün hədəflərimiz dəqiqləşib. “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də budur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq”.

Nadir İsrafilov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar