Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əmək pensiyasına çıxmaq istəyənlərin nəzərinə

Tarix: 21-02-2021 23:02     Baxış: 4193 A- / A+
Əmək pensiyasına çıxmaq istəyənlərin nəzərinə


Azərbaycanda əmək pensiyalarının təyinatı üçün bir neçə sənədin təqdim olunması zəruridir.

Yaşa görə pensiyanın təyin edilməsi üçün müraciət edən şəxsin ərizəsinə bir neçə sənəd əlavə olunmalıdır.

Bunlar pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, uşaqların doğulması (o cümlədən sağlamlıq imkanları məhdud uşağın) və onların 8 yaşadək tərbiyə olunmaları haqqında arayış ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və ya 8.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda), atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsinə dair arayışdan (Qanunun 8.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda) ibarətdir.

Əlilliyə görə pensiyaların təyin ediməsi üçün müraciət edən şəxsin ərizəsinə şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış, müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı, əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) təqdim olunmalıdır.

Ailə başçısını itirməyi gorə pensiyaların təyin edilməsi üçün isə müraciət edən şəxsin ərizəsinə şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti, ailə üzvlərinin vəfat etmiş ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd, ailə başçısının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd, ailə başçısının yaşı barədə sənəd (əgər ölüm şəhadətnaməsində yaş göstərilməmişdirsə), vəfat etmiş (həlak olmuş) ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd, yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını təsdiq edən sənəd (Qanunun 14.1.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda), vəfat edənin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə qulluq edən ata (ana), ər (arvad), baba, nənə, qardaş və bacının işləmədiyi barədə arayış (Qanunun 14.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda), müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən ərizəyə hərbi hissədən və ya rayon (şəhər) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də ölüm tarixi və səbəbini təsdiq edən və ya hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda), ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, bu barədə tibbi-sosial ekspert komissiyasının rəyi (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda), ərizəçinin əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) əlavə edilməlidir.

Əmək pensiyalarının təyin edilməsi ödənişsizdir. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və təqdim edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.

Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda yuxarıda göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

Qeyd edək ki, bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır (arayışlar istisna olmaqla). Ərizəçinin təqdim etdiyi sənədlərin əsli də (şəxsiyyət vəsiqəsinin, işləməyənlərin əmək kitabçasının, hərbi biletin, nikah, doğum və ölüm şəhadətnamələrinın və s. notarial qaydada təsdiq olunmuş surətləri də) komissiyaya təqdim olunur.

Qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən arayış tələb olunur.//"Xezer Xeber"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar