Xəbər lenti
Kamilliyə gedən yol - Şahlar Əsgərov
Prof. Şahlar Əsgərov,
Əməkdar elm xadimi, TN yanında
İctimai Şuranın sədri
Son zamanlar vəzifədən çıxarılan iri məmurların sonsuz var - dövlətə sahib olduqları üzə çıxır. Bu problem elmi cəhətdən yazıda araşdırılır.
Hər bir canlı varlığın iki mənafesi var: şəxsi (Mş) və ictimai (Mi ). Bu mənafelərin nisbi cəmi vahidə bərabərdir:
Mi + Mş = 1 (1)
Düstur (1) görə şəxsi mənafesi böyük olan məmurun, ictimai mənafesi kiçik olar. Heyvanlar üçün Mi = 0-dır. Yəni heyvanların (xüsusu ilə yırtıcı heyvanların) ictimai mənafesi yoxdur. İnsanların müəyyən nisbətdə həm şəxsi, həm də ictimai mənafesi var. Və ya iki doğma qardaşın biri ictimai mənafe, digəri isə şəxsi mənafe daşıyıcısı ola bilər. Şəxsi mənafesi çox olanların ictimai mənafeləri az olar. Həm şəxsi mənafesi, həm də ictimai mənafesi eyni zamanda yüksək olan insan yoxdur.
Müstəqillik dövrünün publisistikasını təhlil edəndə, bu anlayışlara tez tez rast gələrik. Müxtəlif səviyyəli ictimai xadimlər, ziyalılar instindik olaraq deyirlər ki, ictimai mənafe, şəxsi mənafedən üstün olmalıdır. Amma bu düz sözün təsiri gücü yoxdur, real həyatda tətbiq edilmir. Bu doğru sözün zəruri aksiomaya (və ya ayəyə) çevrilməsi üçün ona bir riyazi biçim vermək lazımdır.
Mənafeləri ölçə bilmək üçün əvvəlcə meyar lazımdır. Biliyin qiymətləndirilməsinin klassik meyarından fərqli olaraq “Kamilləşən Bşəriyyət” (Bakı-2013) kitabımda belə meyar olaraq “bildiyimizin bilmədiyimizə” nisbəti təklif edilmişdir. Nəticədə, biliyi ölçmək üçün yeni qeyri xətti şkala yaradılmışdır.
Anoloji olaraq belə meyar vasitəsi ilə insanın fəaliyyətini də nəzarətə götürmək olar. Bu məqsədlə ictimai mənfenin şəxsi mənafeyə olan nisbətini meyar olaraq götürmək lazımdır. Aydındır ki, bu nisbət insanın kamilliyini göstərir. Çünki, əliaçıqlıq xəsislikdən yaxşıdır.
Kamillik = Mi : Mş (2)
Kamillik faktorunun qiyməti sıfırla sonsuzluq arasında dəyişir. Təzə doğulan uşaq üçün kamillik əmsalı - sıfır, Allahın kamilliyi isə sonsuzdur. O, hər şeyi bilən və hər şeyi görəndir.
Kamillik meyarı bu dünyanın müşküllərinə uğurlu bir açardı. Çünki o düzgün kadr seşiminə elmi əsas yaradır. Kadrlar isə hər şeyi həll edirlər.
Kamillik əmsalını mahiyyətini dərindən dərk etmək üçün, fərz edin ki, bir şəxs partiya mənsubiyyəti səbəbindən iri məmur vəzifəsinə təyin olunub. Əgər bu məmurun işə götürdüyü insanların 98% əqidə yoldaşlarıdırsa o kamil məmurdu və onun onun kamilliyinin qiyməti 98: 2 = 49 -dur. Yox, əgər o, vəzifələrə öz qohum -əqrabasın, dost- tanışın təyin edərdisə, belə məmur cahildir. Ondan nə partiyası, nə də sonda dövlət xeyr görməz. Onun kamilliyinin qiyməti: 2: 98 = 0,02 çox kiçikdir.
Başqa bir misal. H.Z.Tağıyevi ölkənin digər neftxudalarla müqyisə etsək, onun kifayət qədər kamil insan olduğunu görərik: gəncləri xaricdə oxudub, qız məktəbi açıb, Bakıya su çəkdirib və s. Kamil insan kimi onu ictimai şüurda yaşadan, onun yığdığı pullar deyil, xeyriyyəçi kimi xərclədiyi pullardır. Kamillik məsələsində Murtuza Nağıyev Hacıya çox uduzur, baxmayaraq ondən 4 dəfə varlı olub.
Yuxarıdakı düsturlar insan fəaliyyətdə öncə görməyə imkan verir. 2017-ci ilin fevral ayının 1-də, yəni Donald Trampın prezidentliyini 10-cu günü (!!!) Manevr.az saytında ("Donald Trampın düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur") adlı məqalədə onun gələcək fəaliyyəti ilə bağlı yazmışdım: “onun “fəaliyyətindən qlobal mənada yaxşı heç nə gözləmirəm. Çünki, bu insan ömrü boyu şəxsi mənafenin daşıyıcısı olub. Onun tərcümeyi-halında ictimai mənafe ilə bağlı nümünələr tapmaq mümkün deyil. Xeyriyyə işləri və ya Fondu da məncə, yoxdur”. D.Trampın 4 illik prezidentliyi, bu öncəgörməni təsdiqlədi.
Münəcimlik edərək mən bu fikri yazmamışdım. Bu fikirləri düstur (2) dən törəyir. D.Tramp üçün düstürun məxrəci çox böyük, sürəti isə çox kiçik olduğundan kamil görünmürdü.
Bəşəriyyətin inkişafının qlobal göstəricilərindən biri İnsan Potensialının İnkişaf İndeksidir. Hər il BMT bütün dövlətlər üçün bu indeksin qiymətini hesablayır. Bizim ölkəmiz üçün bu indeks 0,75 dən çoxdur. Bu o deməkdir ki, hər 100 vətəndaşımızdan 75- i ictimai mənafe, 25 isə şəxsi mənafe daşıyıcılarıdır. İnkişaf etmiş ölkələrdə adətən məmur vəzifəsinə namizədi içtimai mənafe daşıyıcıları içərisindən seçirlər. Sevindirici haldır ki, son dövrlərdə bizdə də namizələr 75-lərin (yəni kamillərin) içərisindən seçilir. Kamil məmurlar daha düzgün qərarlar qəbul edirlər. Bu isə ölkənin tərəqqisi üçün çox vacibdir.
Manevr.az
06.02.21

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar