Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” layhəsi uğurla həyata keçirilir

Tarix: 07-10-2020 21:45     Baxış: 3189 A- / A+
"İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” layhəsi uğurla həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ŞurasınınAzərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıilə müştərək təşkil etdiyi 2020-ci il qrant müsabiqəsinə təqdim olunan "İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” layhəsi uğurla həyata keçirilir. Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyitərəfindən sentyabrın sonlarından reallaşdırılmaya başlanılan layihə.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlanandan bu yana həm Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımız, həm əsir götürülmüş, itkin düşmüş şəxslər, həm də respublikamızda öz iradələrinə zidd olaraq doğma el-obalarından didərgin düşmüş məcburi köçkünlər işğalçı düşmənin günahları ucbatından illərdir mənəvi-psixoloji gərginlikdə yaşayanlara ünvanlanıb.

Layihə haqqında təşkilatın açıqlamasında bildirilir ki, illər boyu çadır şəhərciklərində, məişət komfortu olmayan köhnə tikililərdə, həmçinin, müxtəlif şəhər və kəndlərdəki məktəb, bağça, yataqxana tipli tikililərin darısqal məkanlarında yaşamağa məcbur olublar. Bir milyona yaxın həssas qrup insanlarımızın sosial-məişət problemlərinin böyük bir qismi həll olunsa da, dövlət tərəfindən onlara yeni yaşayış binaları tikilsə də, müasir mənzillərlə təmin olunsalar da, doğma yurd yerləri ilə bağlı nisgil, həsrət, dərd ictimai-psixoloji, iqtisadi-etik amillər bir çox münaqişələrə aparıb çıxarıb. Münaqişə başlanandan etibarən bu həssas qrupa illərdir əsir və itkin düşmüş şəxslərin ailələri, doğmaları, yaxınları da qoşulub. Layihədə itkin düşmüş şəxslər, eyni zamanda qaçqın və məcburi köçkün qadın, ana, uşaq və yeniyetmələrin iştirakı ilə münaqişə qurbanlarının psixoloji-mənəvi dəstəyə, onlar arasında məişət zorakılığı, ailədaxili şiddət əleyhinə müxtəlif formatda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə məktəblilər, analar, psixoloqlar, pedaqoqların qələmə aldığı məqalələr, esselər, araşdırmalardan ibarət toplunun nəşri, kağız və elektron formada çapa hazırlanması, yayımı, həmçinin, bükletlərin buraxılması, İnternetdə, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də təbliğatların gücləndirilməsi, tanıtım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Sadalanan problemlər ətrafında ənənəvi icma dəyərləri ilə müasir dünyanın çağdaş trendlərinin sintezi ətrafında real və virtual formalarda psixoloji-mənəvi, ictimai-sosial, elmi-mədəni araşrırmalar, dinləmə və müzakirə aparılması, bu istiqamətdə konsepsiyasının hazırlanması, toplu nəşri, İnternetdə – sosial şəbəkələrdə materialları yayılması və yuxarıda göstərilən həssas qrupa aid olan ailələrin üzvlərinə, geniş ictimaiyyətə çatdırılması planlaşdırılır.
Məlum münaqişə nəticəsində psixoloji gərginlik içində yaşayan həssas qrupların nümayəndələri, xüsusən də analar və məktəblilərin köməyi ilə müharibə zorakılığına qarşı və ailədaxili, icmadaxili psixoloji şiddət əleyhinə maarifləndirici tədbirlər aparılması nəzərdə tutulan layihənin ictimai əhəmiyyəti böyükdür. Aktuallığını hər zaman saxlayan, münaqişə qurbanlarının psixoloji-mənəvi dəstək verməklə yanaşı, böyük icmalarda müxtəlif formalarda özünü göstərən psixoloji şiddətə (məsələn, müxtəlif sosial mənşəli uşaqlar arasında güclülərin zəiflərə, varlı ailələrin övladları kasıb balalarına, şəhərlilərin bölgələrdəkilərə, paytaxt sakinlərinin qaçqın-məcburi köçkünlərə, kişilərin qadınlara, sağlam şəxslərin əlillərə, oğlanların qızlara qarşı psixoloji-mənəvi, fiziki-ruhi basqıları və s.) qarşı ictimai qınağın, sosial mübarizənin, icma dirənişin gücləndirməklə dözümlü, tolerant mühit yaratmaq mümkündür.
Münaqişə qurbanlarının ailə üzvlərinə psixoloji-mənəvi dəstəkləri göstərmək, eləcə də Azərbaycaninsanının yazıya, kitaba sayğısını nəzərə alaraq bu mövzuda maarifləndirici materiallardan ibarət toplunun nəşri, ictimai-virtual müzakirələrin aparılması, İnternet və sosial şəbəkələrdə təbliğatı gücləndirilməsi problemin, qismən də olsa, aradan qaldırılmasına yardımçı ola bilər.
Son vaxtların araşdırmalarını, statistik məlumatları, yazılı və elektron KİV-də gedən materiallar, internet və sosial şəbəkələrdəki saysız-hesabsız müzakirələr, cürbəcür faktoloji informasiyalar münaqişə qurbanlarının ailə üzvləri arasında bu və digər səbəblərdən yaranan kəskin psixoloji problemləri üzə çıxarıb. Təkcə TV kanallardakı sosialyönümlü proqramlardakı haqqında yazılan həsas qrupla aid ailələrdəki psixoloji gərginlikləri xatırlatmaq və eləcə də rəsmi məlumatlardakı statistik faktları analiz etmək kifayətdir ki, problemin ictimai əhəmiyyəti, sosial mahiyyəti, cəmiyyət üçün aktuallığı aydın olsun. Eyni zamanda itkin düşmüş şəxslərin xilası üçün beynəlxalq alətləri, Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq aləmə çıxarılmasında bu istiqamətdə aparılan fəaliyyətlərin rolu – təbliğati-informatik təsiri böyükdür.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi zamanı çoxsaylı insan faktoru ilə nəticələnən, əsir və itkin düşmüş şəxslər, onların yolunu gözləyən ailə üzvləri, qaçqın və məcburi köçkünlüklə bağlı ictimai-sosial, psixoloji-mənəvi zədələr, obyektiv səbələrdən xarici ölkələrə mühacirətə üz tutanların artması, dünyanın onlarla ölkəsinə səpələnmiş qarışıq nigahlardan dünyaya gələn övladların sayının durmadan artması, ənənəvi Azərbaycan cəmiyyəti və insani dəyərlərinə mənfi təsirlər göstərib. Vaxti ilə Qərbi Azərbaycan, Qarabağın işğal olunmuş ərazilərində ənənəvi yaşam tərzinə söykənən baba-nənə, ata-ana, bacı-qardaş, əmi-bibi, xala-dayı, qohum-qonşular, ağsaqqal-ağbirçək kimi ailə təsisatları ilə əhatələnmiş, yeri gələndə, məhəllədə, kəndə sosiallaşan milli ailə formalarının dağılmasına aparıb çıxartdığından, həssas qruplara daxil olan insanların psixologiyasında dərin yaralar açmışışdır. Üstəlik, münaqişə nəticəsində həlak olmuş şəxslərin qəbirləri haqqında məlumatların olmaması, qədim yurd yerlərimizdəki əsir məzarlar, əsir və itkin düşmüşlərn acı taleyi də bu psixo-mənəvi yaraları daha da dərinləşdirməkdədir. İşğal altında qalan Kəlbəcərdə valideynlərinin məzarlarını ziyarət etməyə gedərkən Ermənistan tərəfdən əsir götürülən Şahbaz və Dilqəmlə bağlı məlumatları yada salmaq yerinə düşərdi. Əvəzinə daha çox psixoloji-mənəvi sarsıntılarına məruz qalmış, tək ata və ya tək ana himayəsində bir, yaxud iki uşaq böyüdən dağınıq ailələr cəmiyyətimiz və dövlətimiz üçün böyük yükə çevrilməkdədir.
Layihə bu sahədə elmi-sosioloji araşdırmaları cəmiyyətə təqdim etməklə, mədəniyyət-məişət, yaşam fəlsəfəsinin zəifləməsinin qarşısını almaq, psixoloji böhran, şiddət hallarının, boşanmaları, nəsillərarası mənəvi-psixoloji münaqişələri, qismən də olsa, aradan qaldırmaq üçün ictimai-virtual aksiyaların həyata keçirilməsini dəstəkləyir. Eyni zamanda, layihə sadalanan problemin həllinə yönəli bir çox problemlərin ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan, bu sahənin mütəxəssislərin səylərini birləşdirməyi, ictimai-virtual müzakirələrin genişlənməsini, yeni psixo-dəstək modellərini işlənilməsini dəstəkləyir.
Həsas qruplarda ailədaxili psixoloj gərginlik mental dəyərlərlə bağlı problemləri daha da qabarıq göstərməkdədir. Bu problemlərin kəskinliyini nisbətən azaltmaq, insanlar arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan milli ailə institutunu, sosial-mənəvi təsisatıları möhkəmləndirmək, çağdaşlığa uyğun olaraq tədqiq etmək lazımdır.
Cəmiyyətimizin tarixən qazandığı mənəvi-əxlaqi və mədəni institutları içərisində ailə ilə bağlı dəyələr sisteminin xüsusi yeri vardır: uşağa, qadına, yaşlılara, əlil və şikəstlərə şiddət bizim milli-mənəvi kodlarımıza yaddır. Son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox hallarda gənclərimizin böyük bir hissəsi də liberal dəyərlər – demokratiya və insan haqları bəhanəsi altında o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfitendensiyalı virtual aksiyalara qoşulurlar. Layihə sosial-maarifləndirmə təbliğatına başlamaqla Azərbaycan cəmiyyətində get-gedə zəifləyən sivil dəyərlərin ən yaxşı cəhətlərini şiddət və zorrakılığa qarşı mübarizə istiqamətində müxtəlif – sosial-ictimai, milli-mədəni, psixoloji dəstək formatında real və virtualfəaliyyət növləri həyata keçirməklə, sadalanan halları nisbətən zəiflətməyi qarşısına məqsəd qoyub. Həsas qruplara aid insanların psixoloji-mənəvi poblemlərin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ-kreativ təşəbbüsləri dəstəkləyir.
Əsas hədəf psixoloji dəstək göstərilən şəxslərin şiddətlə mübarizə, sivil dəyərlərin zənginləşməsi, milli-mənəvi kodeklərin qorunması, inkişaf etdirilməsi, tədqiqi və təbliği istiqamətində yeni nəslə çatdırılması, elmi-sosioloji araşdırmaların aparılması, mətbuatda, İnternet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə bu istiqamətlərdə çalışmaların dəstəklənməsi, həyata keçirilən aksiyaların ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsinə yönəldilib.
Hər dövrlərdə olduğu kimi, müasir cəmiyyət də özünün mənəvi dəyərləri və ictimai ənənələri ilə zənginləşir: bu zənginlikləri öyrənmək, qorumaq və gələcək nəsillərə çatdırmaq üçün cəmiyyətdə mövcud sosial-məişət modellərinin hazırkı vəziyyəti müxtəlif həsas sosial qruplar üzrə araşdırılmalıdır. Gənclərin böyüklərə, övladların valideynlərə münasibətlərində ailə dəyərlərinin mövcud vəziyyəti aydınlaşır. Həsas qruplara aid edilən ailələrdə mənəvi-əxlaqi dəyərlərimizin bərqərar olması, ictimaiyyətin daha geniş dairələrinə təsirinin öyrənilməsi ilə cəmiyyətimizi zənginləşdirən mənəvi meyarları, əldə olunan resursları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür. Bunun üçün müxtəlif sosial qruplar arasında problem ətrafında araşdırmalar aparılmalı və mövcud vəziyyət təhlil edilməlidir. Bu araşdırmalar ailələrimizin və xalqımızın aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində götürülməli və psixoloji-mənəvi baxımdan öyrənilməlidir.
Həssas qruplar arasında qadınlar və yeni nəslin iştirakı ilə psixoloji zorakılığı, etnik şiddətə qarşı sivil metodlarla mübarizə aparmaq üçün itkin düşmüş şəxslər, qaçqın və məcburi köçkünlərin intellektual kəsiminin iştirakıyla müsabiqə, toplu çapı, KİV, İnternet, sosial şəbəkələrin imkanlarından yararlanaraq layihənin əsas məqsədinə çatmaq mümkündür.

Layihə Azərbaycan cəmiyyətinin həssas qrupuna bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edəcək. Bu layihədən milli münaqişələrin sıravi insanların ailə üzvlərinə vurduğu psixolojio-mənəvi zərbələr haqqında daha geniş təsəvvürləri yaradacaq, onlara göstərilən müxtəlif psixodəstəkləri model kimi formalaşdıracaq. Sosial təcrübələri olan yaşlı insanlar, həm də ailə-icma institutları vasitəsi ilə mədəni davranışları daha da zənginləşdirilməsi üçün gənclər faydalanacaq. Bütövlükdə layihə yaşlı nəslin malik olduğu mənəvi dəyərlərin gənc nəslə tam və mükəmməl şəkildə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir və ümummilli xarakterlidir.

Mental qayda-qanunlar, etnik mədəniyyət, yaşam dünyagörüşləri daha çox İnternet – sosial şəbəkələrdə, KİV-də, xüsusən də yeni nəsil nümayəndələri arasında tanıdılmasına ehtiyac duyulur. Həsas qruplar – itkin düşmüşlər, qaçqın və məcburi köçkün qrupları arasında psixoloji böhran, bunların aradan qaldırlması, etnik münaqişələr zamanışiddətlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşməsi, elektron resurslarında daha geniş istifadəsi sadalanan yeni nəsil nümayəndələrindən asılıdır. Əldə olunan nəticələrdən qanunverici orqan qanunyaratma fəaliyyətində və icra orqanları təbliğat işində istifadə edə bilərlər. Bu fəaliyyətlərdən ailə ilə məşğul olan yerli və beynəlxalq qurumlar da faydalana bilər.

Həssas qrupların daha kompakt yaşadıqlarıBakı, paytaxtətrafı kəndlər, İnternet vasitəsilə dünyadakı soydaşlarımızın yaşdığı məkanlar.Tarixən, elə indinin özündə də dünya azərbaycanlılarıınn mənəvi-mədəni mərkəzi, adət-ənənlərimizi tədqiq edən elm-beyin mərkəzləri, əsasən, paytaxt Bakıda yerləşir. Eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlılar və dünyanın hər yerinə səpələnən 55 milyonluq soydaşımız da əsasən Azərbaycan paytaxtı vasitəilə maarifləndiyinə görə layihə məhz burda fokuslanıb.

Layihə çərçivəsində aşağıdakı fəaliyyət növləri mərhələli formada həyata keçiriləcək:

1. İtkin və əsir süşmüş şəxslərin ailə üzvlərinə, eləcə də qaçqın və məcburi kökçün vətəndaşalrımıza yeni döcvrün tələblərinə uyğun psixoloji-mənəvi dəstək tədbirləri təşkil olunacaq.
2. Pandemiya qadağaları dövrünün diqtəsi ilə yeni texnoloji vasitələr və İKT texnologiyalarından yararalanaraq, daha əhatəli formada həsas qruplardan olan insanların ailə üzvlərinə mənəvi-psixoloji xidmətlərin, dəstəklərin göstərilməsi təşkil olunacaq. 3. Bu istiqamətdə elmi-kütləvi təcrübələr, eləcə də ənənələrə söykənərək, milli-əxlaqi dəyərlərinin beynəlxalq informasiya resurslarında tanıdılması, yayılması, inkişafı və zənginləşməsi mövzularında münaqişə qurbanlarının psixoloji durumu, icmadaxili şiddət və münaqişə zorakılığı ilə rastlaşan qadınlar, gənclər, intellektuallar, məktəblilər tərəfindən fərqli formatlı materialların hazırlanmasına təkan veriləcək və bunların e-resurslarda, müxtəlif sosial şəbəkələrdə yayımı təşkil ediləcək;
4. Nüfuzlu tədqiqatçıların, qələm adamların, gənclərin, bloqqerlərin bu problemlə əlaqədar yaxın ünsiyyəti yaranacaq.
5. Hazırlanmış materialların kağız və elektron formalı elmi-kütləvi toplu formasında nəşr ediləcək, İnternetdə yerləşdiriləcək və geniş ictimaiyyətin istifadə üçün açıq yayımlanacaq.
6. Problem ilə bağlı İnternet və sosial mediada ayrıca elektron resurs yaradılacaq: "Virtual psixoloji dəstək” resursu bütün insanlar üçün açıq olacaq. Feysbuk səhifəsində hazırlanacaq materiallar yerləşdirməklə gənclər və dünyada yaşayan soydaşlarımız arasında Azərbaycan birgəyaşarlığı düşüncə-yaşam tərzlərinin öyrənilməsinə, populyarlaşmasına, İnternetdə yayılmasına, inkişafına təkan verəcək virtual aksiyalar, müzakirələr təşkil olunacaq.
7. Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV orqanlarında, məktəblərdə, ictimai dairələrdə və s. təsisatlarda virtual formatda zorakılıq və şiddətlə, Azərbaycan milli dəyərlərin qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, təqdimat – tanıtım məclisləri keçiriləcək.
8. Yazılı və elektron KİV, yeni mediada media-aksiyaların təşkil ediləcək.
9. Münaqişəşünaslar və psixoloqların, psixoanalitiklərin müştərək virtual görüşlərinin keçirilməsi, onların bilik və təcrübəsinin araşdırılması, bu problemlər üzrə ixtisaslaşmış rəsmi və ictimai qurumlarla əlaqələrin yaradılması və onların təcrübələrinin, fəaliyyətinin öyrənilməsi baş tutacaq.
10. Azərbaycan etik dəyərlərinin şifahi və yazılı qaynaqlardan bəhrələnərək öyrənilməsi, tədqiqi, çağdaş dövrə uyğunlaşdırılması, təcrübəli ailə sahibləri ilə liberal düşüncəli gənclərin müntəzəm e-görüşlərinin təşkili öz səmərəli bəhrəsini verəcək.
11. Müasir dövrdə milli ailə dəyərlərinin, Azərbaycan ailə-nigah institutunun, fəlsəfəsinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyətləri psixoloji-mənəvi dəstək formatlarına tətbiq edilməsi, eyni zamanda bu istiqamətdə alimlər, araşdırmaçılar tərəfindən elmi məqalələrinin yazılmasını təşviq etmək, toplu hazırlamaq və həmin materiallarım nüfuzlu saytlarda, intellektual dərgilərin səhifələrində nəşr ediləcək, eləcə də İnternet resurslarında yayımı həyata keçiriləcək;
9. Təşkilatın könüllüləri layihə çərçivəsində cəmiyyətə fayda olacaq işlər ətrafında birləşməsinə, yeni bacarıq və vərdişlərə yiyələnməsinə səbəb olacaq.
KİV-də gedən materiallara, ictimai müzakirələrin səviyyəsinə, çap ediləcək toplunun dəyərinə, əhatə edəcək iştirakçıların sayına, İnternet resurslarında yerləşdiriləcək materiallara olan kütləvi müraciətlərin sayına, cəmiyyətdəki əks-sədaya və raksiyalara görə xüsusi meyarlar işlənib hazırlanacaq və layihənin nəticələri qiymətləndiriləcək.

Real və virtual formada kreativ-innovativ təşəbbüsləri dəstəkləməklə, günümüzün tələblərinə uyğun dəyərlərimizin zənginləşdirilməsi situmullaşdırılacaq. Yeni innovativ üsullarla – yazılı və elektron nəşrlə çalışmaq vərdişlərinin, bu istiqamətdə bacarıqlarının formalaşdırılacaq, psixoloji dəstək məsələlərinə həsr olunmuş elmi-sahəvi istiqamət daha da zənginləşdiriləcək. Müasir zamanda milli ideya – Azərbaycançılıq məfkurəsinin əsas atributlarından olan milli dəyərlərinin saflığının qorunması və inkişaf etdirilərək modernləşdirilməsi daim diqqət mərkəzində olacaq.
Fəaliyyət zamanı əldə edilən nəticələr geniş ictimaiyyəti arasında araşdırılan problemə diqqəti artıracaqdır. Əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi mənəvi dəyərlərimizin qorunması və yaşadılması istiqamətində atılmış önəmli addımlardan biri olacaqdır.Dövrümüzün tələblərinə uyğun, mənəvi dəyərlərimizin beynəlxalq informasiya resurslarında inkişafı və zənginləşməsində gənc intellektuallar, populyar bloqqerlər tərəfindən müxtəlif formatlı materialların hazırlanmasına həvəsləndirmək və bunların İnternet resurslarında, sosial şəbəkələrdə yayımını təşkil edilməsi layihənin uğuru sayıla bilər.

Fəaliyyət çərçivəsində ​​​​ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Ağsaqqallar Birliyi, AMEA-nın Folklor İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, ali məktəblərin filologiya fakültələri, KİV, İnternet, sosial media, elektron kitabxana və b. təsisatlarla əməkdaşlıq nəzərdə tutulur.

Müxtəlif şəxslərin, münaqişə qurbanlarının yazılarından ibarət toplunun nəşri və yayılması, mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi elektron resursun yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapmaqla problemlərin nisbətən aradan qaldırılmasına çalışılacaq.

Teyyubə Bağırova, publisist-jurnalist
Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar