Xəbər lenti
Dadımlıq, yoxsa doyumluq - Marketdə məhsulun dadına baxmaq olar?
Bakı marketlərində istehlakçılara aldığı məhsulu dadmaq qadağası qoyulub.
Bu qadağa hətta iri marketlərdə vitrinlərin üzərində müəyyən bildiriş formasında da alıcılara çatdrılır. Amma məhsulu marketlərə gətirən şirkətlərin marketinq qaydalarında alıcıya istənilən məhsulu almamışdan əvvəl dadmaq, yoxlamaq hüququ verilib.
Xarici ölkələrdə də alıcı aldığı məhsulun, xüsusilə açıq satışda olan şirniyyatın dadına baxaraq alır. Azərbaycanda isə hər müştərinin bir konfet ağzına atması market üçün böyük itki hesab olunur.
Bu günlərdə “28 Mall” ticarət mərkəzinin “Bravo” marketində maraqlı olay yaşanıb. Cənubi Koreyadan olan orta yaşlı qadın turist şirniyyat şöbəsində gözünə yaxşı görünən konfetlərdən birini açıb, bölərək, içinin nə olduğunu yoxlayırmış. Bu zaman satıcı turist qadının başının üstünü alıb. Amma nə Koreya, nə də ingilis dilini bilmədiyi üçün qadına nəyisə anlada bilməyib.
Anlaşılmazlıq böyüyüb və səs-küy ətrafı da bürüyüb. Bu zaman turist qadın təşvişə düşərək, narahat olmağa başlayır və əlindəki konfeti göstərib “dadına baxıb, almaq istəyirdim” deyə nə baş verdiyini anlamayıb. Bildirib ki, Koreyada iri marketlərdə alıcının məhsulun dadına baxmaq kimi bir hüququ olduğunu bildirib.
Məsələ ilə bağlı cebhe.info-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov marketin içərisində dövlətin, dünyanın yox, mağaza qanunlarının hökm sürdüyünü deyib:
“Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanın əmtəə bazarında satılan bütün qida məhsulları bükülməli və açıq satılmamalıdır. Onun üzərində buraxılma tarixi, son yararlıq müddəti, istehsalçı şirkətin adı, ünvanı kimi lazımi məlumatlar yazılmalıdır. Azərbaycan bazarında şirniyyat və konfetlər kardon qutularda satılır.
İstehlakçıların mənə verdikləri məlumata görə, əksər hallarda onları yoxlayanda içərisindən qurd çıxır. Eyni zamanda kardon qutuda olan konfetlərin üzərində onun buraxılma tarixi və son yararlılıq müddəti yoxdur. Sadəcə, yararlıq müddəti kardon qutunun üzərində yazılır. Bu müddət keçəndən sonra köhnə konfetlər yenə də istehlakçılara satılır. Üstəlik peçenye və vaflilər sadəcə, sellofanlara bükülüb satılır. Bunlar hamısı Nazirlər Kabinetinin qərarının pozulmasıdır. Dad məsələsinə gəlincə, özünə hörmət edən və biznesinin inkişafını istəyən şirkətlər marketlərdə açıq dequstasiyalar keçirirlər. Yəni biznes qurum istəsə, buna imkan verməyə bilər. Bizim marketlərdə qapıdan içəri keçdinsə, dövlətin qanunları işləmir.
İqtisadiyyat Nazirliyinin qarşısında məsələ qaldırmışam ki, marketlərdə çantaların yoxlanması, eləcə də saxlanc yerindən əl çantaların itməsi barədə heç kəsin məsuliyyət daşımaması, istehlakçılara potensial oğru kimi baxılması kimi məsələlər nəzarətə götürülməlidir.
Nazirlik həmişə cavab verib ki, onların öz əraziləridir, özləri bilər. Hesab edirəm ki, marketlər üçün xüsusi bir qayda hazırlanmalıdır. Müasir marketlərdə insanı ilk olaraq "siqarət çəkmək qadağandır" lövhəsi qarşılayır. Nazirlər Kabineti bu və digər məsələlərlə bağlı qərar verməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar