Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şirin ağızla yeyib acı dərdə düşməyək - konfet alanda birinci bunu yoxlayın

Tarix: 15-10-2019 20:48     Baxış: 3243 A- / A+
Şirin ağızla yeyib acı dərdə düşməyək - konfet alanda birinci bunu yoxlayın

Düşənbədə istehsal mənşəyi məlum olmayan və uşaqların sağlamlığı üçün zərərli olan külli miqdarda konfet aşkarlanıb. Laboratoriyada araşdırma zamanı konfetlər turşuda yandırılıb və aşkar edilmiş sink və melanin əriməyib, buxarlanmayıb.

Mütəxəssislərin fikrincə, belə konfetləri yemək insan sağlamlığı üçün təhlükəlidir.

Onun sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün istehsal tarixi vurulan hissənin sonradan yapışdırılan kağız olub-olmadığına baxmalıdırlar: "İstehlakçının hüququ var ki, satış şəbəkəsindən malın qaimə sənədini tələb etsin və malın dükana nə vaxt gəldiyini, istehsal və saxlanma tarixini öyrənsin. Lakin Azərbaycanda satılan malların 80 faizinin heç bir sənədi yoxdur. Nazirlər Kabinetinin qərarı var ki, hər bir ədədinin üzərində tarix olmayan məhsulların açıq satışı qadağandır. Lakin bu gün bütün marketlərdə konfetlər açıq satılır. Bu sahədə də kütləvi surətdə aldatma var".

Azərbaycanda da mağazalarda, bazarlarda müxtəlif qiymətə mənşəyi, bir çox hallarda tərkibi də məlum olmayan qənnadı məmulatları, şokolad və konfetlər satılır.

İstehsal mənşəyi bəlli olmayan ərzaq məhsullarının istehlak edilməsi sağlamlıq üçün təhlükəlidir.

Manevr.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, bazarda mənşəyi bəlli olmayan konfetlər var.

"Azad bazar iqtisadiyyatıdır. Kim nə istəsə sata bilər. Bizi narahat edən məqam odur ki, Azərbaycanda xarici konfetlərin adı mənimsənilərək istehsal olunur. Bazarda kifayət qədər konfet var və istehlakçı seçimində azaddır. Lakin bu konfetlərin saxlanma şəraiti qənaətbəxş deyil. "Ərzaq məhsullarının təhlükəsizliyi haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağandır", - deyə Hüseynov əlavə edib.

Qida eksperti Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün şokalad məmulatları şəkərli qənnadı məmulatlarına aid edilir: "Tərkibinə standartla tənzimlənən müxtəlif qatqılar əlavə edilir. Nəzərə almaq lazımdır ki, normadan artıq qatılan hər bir inqrediyent şokolad kütləsinin struktur-mexaniki xassələrini dəyişir. Məhz buna görə də şokolad istehsalında əlavələr xüsusi əhəmiyyət kəsb edir".

Ekspert qeyd edib ki, şokolad məmulatlarının aşağı qiymətə olmasını şərtləndirən amillər onların istehsalı zamanı istifadə edilən xammal və yarımfabrikatların ucuz olmasıdır.

"Şokolad istehsalında geniş istifadə edilən yağlar, emulsiyalaşdırıcılar, boya maddələri, dadvericilər, ətirləndiricilər və bu kimi digərləri deyilən iddiaya misaldır. Süni surətdə istehsal olunan inqrediyentlər təbii inqrediyentlərdən qat-qat ucuz olur və bu da şokolad məmulatlarının son satış qiymətinin ucuz olmasına gətirib çıxarır", - deyə ekspert vurğulayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar