Xəbər lenti
Bu bankdan Azərbaycanda niyə yoxdur? - Səbəb var, nəticə isə…
"Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hazırda iki variant təklif edilir".
Bunu İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev bildirib: “İslam İnkişafı Bankı ölkədə İslam bankçılığının tətbiqi ilə əlaqədar hökümətə 2017-ci ildə 200 min dollarlıq qrant ayırıb. Ümumiyyətlə, iki variant təklif edilir - İslam bankçılığın ölkədə tətbiqi ilə bağlı ayrıca qanunvericiliyin hazırlanması, yaxud da mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə İslam bankçılığının əsas məhsullarını təqdim etmək üçün imkan yaradılması təklif edilir”.
Manevr.az xəbər verir ki, cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa İslam bankçılığının tətbiqi ilə bağlı ayrıca qanunvericiliyin hazırlanmasının məqsədəuyğun olduğunu deyib:
“Mütləq ayrıca qanunvericilik forması işlənib hazırlanmalıdır. Mövcud qanunvericiliyə əlavələr etməklə tənzimləmək problemlər yarada bilər. Çünki İslam bankçılığının işləmə prinsipi ümumi bank prinsiplərindən fərqlidir”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə İslam bankçılığının tez bir zamanda həyata keçirilməsi üçün mövcud qanunvericiliyə əlavələrin edilməsinin vacib olduğunu deyib:
“Hər iki variantdan istifadə etmək olar. Ərazi baxımından bizə yaxın olan Qazaxıstan və Qırğızıstanda bu məsələ mövcud qanunvericiliyə əlavələr olmaqla həyata keçirilib. Hansı variantdan istifadə edilməsi əsas məsələ deyil. Sadəcə, vaxt qazanmaq baxımından mövcud qanunvericiliyə əlavə etməklə İslam bankçılığını tətbiq etmək daha doğru olardı. Çünki yeni qanun layihəsinin hazırlanması, qəbulu, tətbiqi uzun prosesdir. Bizdə bu sahənin mütəxəssisləri azdır. İndi bu qanunvericiliyin hazırlanmasını götürüb bilməyən şəxslərə versələr, onlar da ortaya bir nəticə çıxara bilməyəcəklər və nəticə etibarı ilə bu məsələ yenidən yatıb qalacaq. Əsas məsələ isə odur ki, bunu bilən adamlar, bu sahənin mütəxəssisləri sözügedən qanunvericilik formasını işləyib hazırlamalıdırlar. Biz onsuz da bu məsələdə gecikmişik. Axı bu fikir 10-15 il bundan əvvəl olub. Amma hər dəfə bu məsələnin qanunvericiliyə salınmasına kimlərsə, müxtəlif problemlər çıxarmaqla əngəl olublar. Halbuki mən dəfələrlə demişəm ki, bu həm iqtisadi cəhətdən, həm insan haqları nöqteyi-nəzərindən, həm də dövlət təhlükəsizliyi nəzərindən də lazımdır. Yəni haradan baxsaq bu bizə lazımdır. Bu məsələnin əleyhdarları ya savadsızdırlar, ya da düşməndirlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar