Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqları məişət zorakılığından necə qorumalı? – QHT layihəni davam etdirir

Tarix: 12-09-2019 16:47     Baxış: 3203 A- / A+
Uşaqları məişət zorakılığından necə qorumalı? – QHT layihəni davam etdirir


“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq mühüm ictimai vəzifədir” layihəsinin icrasını davam etdirir.

Qurumun sədri Lamiyə İsazadə deyib ki, layihənin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin aradan qaldırılması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilməsidir.



L.İsazadə hazırda dünyada fiziki zorakılığın sürətlə inkişaf etdiyini deyib:

“Məişət zorakılığının əsasını təşkil edən qadınlara və uşaqlara qarşı yönəlmiş zorakılıq, bərabərlik, tərəqqi və sülhə nail olmaq yolunda ən ciddi bir maneədir. Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə, buna ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir. Bəzi ölkələrdə, eyni zamanda ölkəmizdə də məişət və cinsi zorakılıq üstünlük təşkil edir. “Uşaq hüquqları konvensiyası” na qoşulmağımıza, “Uşaq hüquqları haqqında” qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər bu üsullardan istifadə edirlər. Uşaqlara qarşı edilən zorakılığın qarşısını almaq üçün cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşırlar. Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar. Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. Psixi və fiziki travmaya səbəb olan davranışlar – zorakılıq (fiziki, psixoloji, cinsi, iqtisadi), qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün regionumuzda bu mövzuda layihənin icrasını zəruri hesab etdik. Layihə çərçivəsində dörd şəhər və rayonda Bakı, Gəncə, Tərtər və Şəmkirdə bu mövzuda tədbirlər keçirilməsi nəzərdə tutulub”. (cebhe.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar