Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kim yenə COŞDU: 5 məmuru GÜLLƏLƏDİ – Müavinini katorqaya, bacısını ev dustaqlığına MƏHKUM ETDİ…

Tarix: 31-05-2019 16:14     Baxış: 3303 A- / A+
Kim yenə COŞDU: 5 məmuru GÜLLƏLƏDİ – Müavinini katorqaya, bacısını ev dustaqlığına MƏHKUM ETDİ…


Şimali Koreya rəhbəri Kim Çen Inın əmri ilə güllələnən yüksək vəzifəli məmurlarla bağlı yeni təfərrüatlar məlum olub. “Chosun İlbo” qəzetinin yazdığına görə güllələnənlərdən qalan dördü XİN əməkdaşlarıdır. Onları Pxenyanın şərqində yerləşən Mirim hərbi aerodromunda güllələyiblər. Habelə bildirilir ki, diplomatları edam etməzdən əvvəl onları ABŞ-ın xeyrinə casusluqda ittiham ediblər.

Şimali Koreyanın Əmək partiyasının birləşmə məsələləri üzrə şöbə müdiri Kim Yon Çxol isə siyasi məhbuslar üçün düşərgəyə, katorqa işlərinə göndərilib. Həmin düşərgə Çaqando regionunda yerləşir. Düşərgəyə Hanoy sammitində Şimali Koreya nümayəndə heyətinin daha bir neçə üzvünün göndərildiyi bildirilir. Onların arasında Kim Çen Inın tərcüməçisi də var. Tərcüməçini sammitdə danışıqları tərcümə edərkən Şimali Koreya liderinin “avtoritetini ləkələməkdə” günahlandırıblar. Kim Çen Inın kiçik bacısı, Əmək partiyasının təbliğat və təşviqat şöbəsinin rəhbərinin müavini Kim Yo Çjon isə ev dustağı edilib.
Xatırladaq ki, Hanoy sammitinin yarımçıq başa çatmasından sonra ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin Yonbendəki nüvə obyektinin sökülməsinin əvəzində bütün sanksiyaların ləğv edilməsini istədiyini, Amerika tərəfini isə belə variantın qane etmədiyini demişdi. Lakin Şimali Koreya XİN bildirmişdi ki, Pxenyan ancaq sanksiyaların qismən götürülməsini xahiş edib.

Şimali Koreyada yüksək vəzifəli məmurların güllələndiyi üzə çıxıb.

Bu barədə müstəqil “Chosun İlbo” qəzetinə istinadən “Bloomberg” bildirir.

Məlumata görə Şimali Koreyanın Dövlət Şurasının ABŞ işləri üzrə xüsusi nümayəndəsi Kim Xek Çxol və daha dörd yüksək vəzifəli məmur mart ayında edam edilib. Qəzetin əldə etdiyi məlumata görə Şimali Koreya lideri Kim Çen In Kim Xek Çxol da daxil olmaqla bir neçə yüksək vəzifəli məmuru ABŞ prezidenti Donald Trampla uğursuz sammitdən sonra edam etdirib. Mənbə bildirir ki, Kim Çen Inın birinci müavini Kim Yen Çxol daha yüngül cəza alıb-onu katorqa işlərinə məhkum ediblər.

Xatırladaq ki, fevralın sonlarında Vyetnamın paytaxtı Hanoyda ABŞ və Şimali Koreya liderləri arasında ikinci sammit baş tutub. Lakin tərəflər yekun razılaşma əldə etmədən sammiti yarımçıq tərk ediblər.

Şimali Koreyada yüksək vəzifəli məmurların Kim Çen In tərəfindən ən qəddar metodlarla edam edilməsinə dair xəbərlər bundan əvvəl də yayılıb. Lakin bu xəbərlər bir çox hallarda özünü doğrultmayıb. \virtualaz.org



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar