Dənizdən çıxarılan xərçənglərin qanı mavi rəngdədir.
Xarici KİV xəbər verir ki, xərçəngləri ovlayarkən onları bir səbətə və ya vedrələrə qoyarlar. Səbətdə sadəcə bir xərçəng varsa, hərəkət edib tullanmasının və ya anidən qaçmasının qarşısını almaq üçün səbətin ağzını örtərlər. Ancaq səbətin içində bir neçə xərçəng olarsa, səbətin ağzını bağlamazlar. Niyə? Çünki, səbətdə birdən çox xərçəng olarsa, biri digəri canını qurtarmasın deyə bir-birilərini aşağı çəkərlər. Ona görə də, səbətin ağzı örtülü qalmaz.
Böyük Britaniyanın, Almaniyanın və Meksikanın beynəlxalq bioloqlar qrupu ilk dəfə zəhərli xərçənglər aşkarlayıb. "Speleonectes tulumensis" adlandırılan bu növ ov zamanı zəhərdən istifadə edir. Meksika və başqa Mərkəzi Amerika ölkələrinin göllərində və mağaralarında yaşayan bu heyvanlar haqqında “Molecullar Biology and Evolution” jurnalında yazılıb.
Remipedi növünə aid olan bu heyvan uzun müddət məhv olmuş hesab edilirdi. 1955-ci ildə alimlər növün yaşayan nümayəndələrini tapıblar. 1980-ci ildə Speleonectes tulumensis növü aşkarlanıb. Elə həmin növ zəhərlə bağlı ilk şübhələri doğruldub. Lakin heyvanlar əsasən göllərin dərin hissələrində və mağaralarda yaşadıqları üçün bunu sübut etmək çox çətin idi. Bu yaxınlarda heyvanın anatomiyasını araşdıran alimlər, onda zəhər istehsal edən vəziləri aşkarlayıblar. Zəhərin insana necə təsir edə biləcəyi haqda məlumat verilmir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar