Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Donuz böyrəyinin insana transplantasiyası: Halaldır, yoxsa haram?

Tarix: 19-08-2023 14:52     Baxış: 3198 A- / A+


Donuz böyrəyinin insana transplantasiyası: Halaldır, yoxsa haram?

Donor gözləyənlər üçün yeni ümid işığı tapılıb.
Belə ki, Alabama Universitetinin alimləri insanın hər iki böyrəyinin geni dəyişdirilmiş donuz orqanları ilə əvəzlənməsi əməliyyatını uğurla həyata keçiriblər.
Daha əvvəl beyin ölümü diaqnozu qoyulmuş xəstəyə ailəsinin icazəsi ilə donuz böyrəkləri köçürülüb.
Bu əməliyyat hələ təcrübə mərhələsində olsa da, xroniki böyrək xəstəliyindən əziyyət çəkən və transplantasiyaya ehtiyacı olan 10 minlərlə xəstəyə ümid vəd edir.
Bütün dünyada donor orqanlarına tələb və təklifi xeyli üstələyir.
Statistikaya görə, ABŞ-da transplantasiya gözləyən hər beş xəstədən ikisi diaqnoz qoyulduqdan sonra 5 il ərzində ölür. 
Qeyd edək ki, son illər bir çox dünya ölkələrində orqan transplantasiyası geniş yayılıb. İnsan orqanizmində fəaliyyətini dayandıran bir orqan digəri ilə əvəz edilir. Bu isə əsasən digər donorun köməyi nəticəsində mümkün olur. 
Lakin heç də hər zaman orqan nəqli üçün donor tapmaq mümkün olmur və nəticədə xəstə həyatını itirməli olur. Bu sahədə isə həkimlər əsasən uyğun orqan nəqli çatışmazlığı ilə üzləşirlər.
Belə ki, hər kəs də öz orqanını başqa bir vətəndaşa vermək istəmir, yaxud da verdiyi təqdirdə uyğun gəlməyə bilər. Məhz bunu nəticəsidir ki, transplantasiya ilə bağlı orqan çatışmazlığı ilə üzləşən alimlər bu problemi aradan qaldırmaq üçün heyvan orqanlarından istifadə etmək qərarına gəliblər. 
Artıq bu sahədə bir neçə təcrübə də mövcuddur. Məsələn, ötən il Amerikada donuz ürəyinin insana ilk transplantiyası uğurla başa çatmışdı.  
Bu gün isə artıq yeni bir nəql kimi insana hər iki böyrəyinin geni dəyişdirilmiş donuz orqanları əməliyyatı reallaşıb. Bu prosesə müsbət yanaşanlarla yanaşı müxtəlif səbəblərlə bağlı doğru hesab etməyənlər də var. Beləliklə, bəziləri insana donuz böyrəyinin köçürülməsinin dini baxımdan da etirazla qarşılayırlar.
Maraqlıdır, dini baxımdan insana geni dəyişdirilmiş donuzun orqanlarının köçürülməsi məqsədəuyğundur?
Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Cebhe.info-ya bildirdi ki, orqan köçürmə dini baxımdan qəbahət sayılmır:

"Sadəcə insandırsa, orqanı verən adamın özünə ziyanı olmamalıdır. Eləcə də bunu alverə çevirmək olmaz. Ölmüş insandırsa, onun varisindən izn alınmalıdır. Yox, əgər heyvanın orqanı insana köçürülürsə, o zaman heyvanın sahibi izn verməlidir. Belə də ki, heyvan orqanlarının insana köçürülməsində heç bir problem yoxdur.
Donuzun sadəcə ətinin yeyilməsi İslam dinində haramdır. Ona görə ki, onun orqanizmi insana çox yaxındır. Ancaq orqanlarının insana köçürülməsində bir problem yoxdur. İnsan həyatı üçün bütün halal vasitələr dinimizdə yol verilir. Əgər başqa vasitələr tükənibsə, müalicə ilə insanın şəfa tapması mümkün deyilsə, donuzun böyrəyini insana köçürməyin qəbahəti yoxdur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar