Xəbər lenti
Yeni zavod və yeni qanun - Azərbaycanda dərmanlar ucuzlaşa bilər
Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Bildirilir ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.
Avqustun 15-də dövlət başçısı “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Həmçinin, cənab Prezident Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.
Qanuna dəyişiklik və yerli istehsalın təşkili dərmanların qiymətlərin ucuzlaşma ehtimalını yenidən gündəmə gətirir. Yeni dəyişikliyə görə, Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək. Şura “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bir neçə ay əvvəl Milli Məclisdə dərmanlarla bağlı müzakirələr aparılıb və bəzi deputatar öllədə dərman qiymətlərinin qonşu dövlətlərlə müqayisədə baha olduğunu bildirib. Bir sıra ekspertlər dərmanlarla bağlı yeni qanunun təsdiq edilməsi və zavodun açılışının Azərbaycanda dərman qiymətlərinə təsir edəcəyini düşünür.
Bəs, həqiqətən bu yeniliklər dərmanların qiymət və keyfiyyətinə necə təsir edə bilər?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, "Dərman vasitələri haqqında" qanuna dəyişikliklərin qüvvəyə minməsi ilə birlikdə son illərdə hər kəsi narahat edən dərman vasitələrinin həm keyfiyyəti, həm qiyməti mövzusunda bir çox problemə həll yolu tapılacaq.
"Ən başda qiymət məsələsində onu deyə bilərik ki, ölkəmizdə dərmanların qiyməti qonşu ölkələrlə, eləcə də qardaş Türkiyə ilə müqayisədə 3-4 dəfə çox olmasını araşdırdığımız zaman onların qeydiyyata düşmədiyi, qeydiyyatla əlaqəli problem yaşandığı ortaya çıxır. Məhz bu yeni qanun layihəsi də qeydiyyatın əvvəlki zamanlarla müqayisədə asanlaşdırılmasını özündə ehtiva edir. Beləliklə, əvvəllər 8 ay, il yarım çəkən bir dərman vasitəsinin qeydiyyat prosesi artıq daha qısa müddətdə - aylar içərisində, təxminən 3 ay içində tamamlanacaq. Bu da zaman içərisində dünyada var olan dərman preparatlarının, zəruri olanlarının hamısının vaxtında ölkədə qeydiyyatdan keçməsi və beynəlxalq səviyyədə qiymətlərin tənzimlənməsinə imkan yaradacaq".
O qeyd edib ki, dərman vasitələri qeydiyyatdan keçdikdən sonra qanunun predmeti olan dərmanların beynəlxalq səviyyədə qəbul olunmuş qiymətinin üst həddinin təyin olunması qaydası sağlam rəqabətlə birlikdə, dərman vasitələrinin nəzarətsiz halda yüksək qiymətə satılmasının da qarşısını alan vasitə kimi fayda verəcəkdir:
"Bununla yanaşı ölkəmizdə cənab Prezidentin nəzarəti altında olan, xüsusən ölkədə var olan daxili dərman zavodlarının tikitisini seyr etməkdəyik. Bununla əlaqədar ölkədə İqtisadiyyat Nazirliyi başda olmaqla aidiyyatı qurumlar ciddi işlər görür. Ölkəmizdə dərman preparatlarının istehsalı ilə məşğul olacaq brendlər üçün kifayət qədər rahatlaşdırıcı məqamlar mövcuddur. Dövlətin dəstəyi birmənalı olaraq yüksək səviyyədə həyata keçirilir. Bütün bunlar bizə imkan verir ki, qısa müddətdə, yaxın gələcəkdə həm təhlükəsizlik baxımından, həm keyfiyyət baxımından, həm də qiymət baxımından əlverişli dərman vasitələrinin əlçatanlığına nail olacağıq deyə düşünürəm"
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, dərmanlarla bağlı yeni sistemin özünü doğrultması üçün rəhbərlik edəcək insanlardan asılı olan bəzi məsələlər var.
“Dərman istehsalı çox aktual məslədir. Belə bir qurumun yaradılması çox sevindiricidir. Amma bu qurum hansı formada fəaliyyət göstərəcək? Yağ da istehsal edən müəssisələr var, dondurma da. Amma keyfiyyətcə xaricdə istehsal edilən səviyyədə burada hazırlanmır. Dərman hansı formada bu bazara girəcək və güvən qazanacaq?! Belə bir qurum yaradılırsa, bunun başında hər şeydən əvvəl vicdanlı və hər hansı təzyiqə baxmayaraq xalqın səhhəti ilə oynamayan bir kadr təyin edilməlidir. Cəmiyyət inanmalıdır ki, bu sistem doğrudan da inasanların sağlamlığına xidmət edir. Saxta dərmanlardan pul qazanmaq istəyən sistem deyil. Bunu təlqin etmək lazımdır. Əgər belə olarsa sevindirici haldır, olmazsa, problem narahatedici səviyyədə qalacaqdır. Hamımız istəyirik ki, Azərbaycanda bu sahədə xaosu ortadan qaldırmaq mümkün olsun”.
Mili Məclisin digər deputatı Vahid Əhmədov deyir ki, bu məsələ mütəmadi olaraq gündəmə gətirilir.
“Dərmanların qiyməti, keyfiyyəti, idxalı, Azərbaycanda istehsalının olmaması məsələləri tez-tez müazakirə olunur. Ümumiyyətlə, son zamanlar Azərbaycan hökuməti dərmanların qiyməti ilə bağlı işləyir.
Dərmanların qiymətinin yüksək olmasının səbəbi idxalın da qiymətinin yüksək olması ilə əlaqəlidir. İndi dərmanları əsasən xaricdən idxal edirik, onlarda da müəyyən süni qiymət artımı olur. Müəyyən inhisarçılıq fəliyyəti ilə məşğul olanlar var. İstifadəyə verilən zavod həm Azərbaycanın daxili bazarında, həm də ətraf ölkələrdə şprits, iynələr istehsal edirdi. İndi orada yeni bir xəttin - dərman zavodunun istifadəyə verilməsi, əlbəttə, müsbət haldır. Amma bu bir dənə olmamalıdır. Bu sahəyə diqqət kifayət qədər böyükdür. Nə qədər zavod tikiləcəksə, dərmanın qiymətinə və keyfiyyətinə bir o qədər təsir edəcək. Dərmanların keyfiyyətində də problemlər var, bununla əlaqəli də məsələlər qaldırmışıq. Cənab Prezident tərəfindən açılan bu zavod dərman istehsalının inkişafına öz təsirini göstərəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar