Xəbər lenti
“İrana Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həll olunması sərf edir” -Erməni alim
Ermənistanda İranın Minsk qrupunda daha aktiv şəkildə fəaliyyət göstərməsini arzu edirlər
İran prezidenti Həsən Ruhaninin İrəvan səfəri Ermənistanda gündəmi uzun müddət həbs edəcəyinə bənzəyir.
Ermənistanın iranşünas alimi Vardan Voskanyan Azərbaycan-İsrail münasibətlərini dərinləşməsi və İran prezidenttinin Ermənistana səfəri arasında paralellik aparılmasının doğru olmadığını söyləyib.
Voskanyan bununla bağlı keçirdiyi mətbuat konfransında Ermənistanın İranla münasibətlərində öz maraqları ilə hərəkət etməsi, lakin bölgədə baş verən hadisələri də diqqətlə izləməsi gərəkdiyini bildirib.
Onun sözlərinə görə, Ruhaninin səfərini Netanyahunun Bakı ziyarəti ilə bağlayan Azərbaycan ekspertləridir. “Azərbaycan tərəfindən İranın ünvanına olduqca ehtiyatsız fikirlər səsləndirilir. Düşünürəm ki, İran da belə bəyanatlara müvafiq cavab verməsi üçün yaxın vaxtlarda hərəkətə keçəcək”, - erməni ekspert bəyan edib.
Voskanyan Azərbaycanla İsrail arasında əməkdaşlığın genişləndirilməsinin anti-İran xarakteri daşıdığını iddia edib.
“İranı İsrailin Azərbaycana satdığı silahların Tehrana qarşı istifadə edə bilinməsi ehtimalı olduqca narahat edir. İsrail Azərbaycana terrorçu qruplarla mübarizə aparması üçün, təhlükəzislik sahəsində ciddi yardımlar edir”, - erməni iranşünası qeyd edib.
Voskanyan bununla bağlı olaraq daha bir cəfəng fkir irəli sürüb: “Azərbaycanın bir nömrəli problemi ölkədə şiə müxalifətini olmasıdır. Onlar isə terrorçu qruplar deyil, İran mövqeli şəxslər sayılır”.
Maraqlıdır ki, eyni fikirlər İranın Tehran universitetinin professor Bəhram Əmirəhmədianın da Ermənistan mətbuatına verdiyi müsahibədə səsləndirilmişdi.
Bəhram Əmirəhmədian
Voskanyan İranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mövqeyini ermənilərə məxsus xarakterdə şərh edib.
Xatırladaq ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani İrəvanda olarkən Dağlıq Qarabağ məsələsinin hərbi yolla həllinin olmadığını demişdi.
“İrana Qarabağ probleminin ermənilərin xeyrinə həll olunması sərf edir. Məhz bu variant İran-Ermənistan sərhədlərinin Azərbaycanın xeyrinə dəyişməməsi üçün Tehranın maraqlarına uyğun gələn şərtləri təmin edir. İran həmçinin regionda sülhməramlıların yerləşdirilməsinin də əleyhinədir, -Voskanyan qeyd edib.
Voskanyan İranın Minsk qrupundakı missiyasının da gücləndirilməsinin tərafdarı olduğunu söyləyib: “Ermənistan və ermənilər İranı dost ölkə olaraq qəbul edirlər. Biz zərurət yarandığı halda İranın prosesə daha geniş şəkildə daxil olmasını arzulayardıq. Lakin Minsk qrupunun formatının dəyişməsi prosesə Türkiyənin də daxil olması riskini özü ilə bərabər gətirə bilər”.
Ermənistanın iqtidarda olan Respublika partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov 2017-ci ilin İran Ermənistan münasibətlərində həlledici olacağını vurğulayıb.
Eduard Şarmazanov
“İran prezidentinin Ermənistan səfəri olduqca uğurlu olub. Buna görə də bizim iqtisadi münasibətlərin dərinləşəcəyinə və sərmayələrin artacağına, habelə siyasi dialoqun daha da genişlənəcəyinə dair pozitiv gözləntilərimiz var. Demək olar, bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensial mövcuddur. İki prezidnet arasında görüşün yekunları onu göstərir ki, 2017-i il İran-Ermənistan münasibətlərinin inkişafında açar rolunu oynayacaq”,- Şarmazanov deyib.
Şarmazanov da İranın Dağlıq Qarabağ məsələsində tutduğu mövqeni təqdir edib: “İran Qarabağ məsələsində Türkiyədən fərqli olaraq balanslaşdırılmış mövqeyə sahib olması səbəbindən Ruhanini səfəri olduqca əhəmiyyətlidir. Biz İranın Azərbaycan-Ermənistan münaqişəsində pozitiv yanaşma tərzini yüksək qiymətləndirir, habelə İranın regional sülhün bərqərar olmasındakı səylərini vacib hesab edirik”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar