Xəbər lenti
"Azərbaycanın genişlənmiş tranzit imkanları İƏT ölkələri üçün açıqdır" - Millət vəkili
“Bu gün işğaldan azad edilmiş Qarabağ, Şuşa şəhəri beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu mərkəzlərdən biri halına gəlməkdədir. Ermənistan və onun havadarları Şuşada keçirilən tədbirlərə və tədbirlərin iştirakçılarına qarşı total hücumlar həyata keçirirdi. Amma, artıq, bu yanaşmalar geridə qalıb. Dünya birliyi istisnasız şəkildə bu torpaqların Azərbaycanın suveren əraziləri olduğunu qəbul edib”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubuna münasibət bildirərkən ilə əlaqədar söyləyib.
Millət vəkili bildirib ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında aktiv iştirakı ölkəminizin maraqlarının beynəlxalq miqyasda müdafiəsində əhəmiyyətli rol oynayıb: “Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi qərarı da bu baxımdan əlamətdar hadisədir. Sentyabr ayında keçirilmiş qısamüddətli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etmiş və bununla da, öz ərazisində 30 ildən artıq qeyri-qanuni fəaliyyət göstərmiş hərbi xuntaya son qoymuşdur. Bununla belə, bu gün də Qərbdə bəzi dairələr ermənipərəst mövqedən çıxış edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, hansısa sanksiyaların qəbuluna çalışırlar. Halbuki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Cənab Prezidentin qeyd etdiyi kimi region problemləri yalnız region dövlətlərinin iştirakı ilə müzakirə olunmalıdır. Bu baxımdan, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi fürsət yaranıb”.
Məmmədovun sözlərinə görə Azərbaycanın tranzit ölkə imkanları daha da genişlənməkdədir və bu imkanlar İƏT ölkələri üçün də açıqdır: “Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Məlumat verildiyi kimi artıq Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub. Bununla, Ermənistan daha bir fürsəti qaçırmış oldu. Artıq, Zəngəzur dəhlizinə paralel şəkildə nəqliyyat xətlərinin çəkilməsi ilə bağlı ilkin addımlar atılmağa başlayıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar