Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Orqanizmdə kalsium defisitinin fəsadları – TƏHLÜKƏLİ SİQNALLAR

Tarix: 14-03-2021 15:36     Baxış: 4366 A- / A+
Orqanizmdə kalsium defisitinin fəsadları – TƏHLÜKƏLİ SİQNALLAR

Kalsium orqanizmə qan, oksigen, mayedən sonra vacib olan elementlərdən biridir, 150-dən çox biokimyəvi prosesdə iştirak edir.

Kalsiy yetməzliyi çoxunuzun bildiyi ki, raxit, sümük əriməsi, diş tökülməsindən ibarət deyil. Onun fəsadları düşündüyünüzdən də çoxdur, hətta insanı zombiyə belə çevirə bilər.

Kalsiy yetməzliyinin təhlükəli siqnalları:

Müasir dövrdə həyat tərzi və qidalanma imkan vermir ki, orqanizmə lazım olan miqdar vitamin, mineral daxil olsun. İnsanlar anadan olandan kalsiy defisiti ilə üz-üzədir, çünki ana südü yoxdur, ya da verilmir, süni qidalarda defisitdir.
İnsan sümük və diş toxumalarında 1-1,8 kq-a qədər kalsium yerləşir. Bu isə bütün kalsium ehtiyatının 99%-dir.
Uşaqlar normal boy atmaq, sümük və əzələ sistemini formalaşdırmaq üçün kalsiy almalıdır, böyüklər isə yaş atdıqca kövrəkləşən sümüklərinin sıxlığını qorumaq və sınıqlara yol verməmək üçün sutkalıq kalsiy normasını qəbul etməlidir.

Qalan 1-2 % kalsiy hüceyrə və membran mayesində yerləşir. Burda da onun rolu əvəzsizdir:

- Metobolik funksiyanı yerinə yetirir
- Hüceyrələrə qidalı maddələri daşıyır
- Hüceyrələr arasındakı informasiya mübadiləsini həyata keçirir
- Əzələ yığılıb açılmasına cavabdehdir
- Ürək ritmini tənzimləyir
- Allergiya və iltihab əleyhinə təsir edir

Kalsiy çatışmazlığını necə bilək?

Əgər sizdə D vitamini azdırsa, işiniz oturaqdırsa, gün işığı az görürsüzsə, dişləriniz və dırnaqlarınız qırılırsa, qidanızda ancaq un məmulatı, market qidaları, şirniyyat və transyağlar üstünlük təşkil edirsə, qadınlar hamiləlikdən qoruyucu hormonal dərmanlar içirsə, kişilər energetik içki, alkoqol, siqaret qəbul edirsə, içməli suyunuz mineralsız və xlorludursa, hər gün qəhvə, çaydan başqa heç nə içmirsizsə, sizdə 100% kalsiy kəskin təhlükəli həddə aşağıdadır və getdikcə də azalır.

İlkin simptomları:

- Yorğunluq, halsızlıq
- Yuxululuq
- İmmunitetin düşməsi
- Burundan qanaçılma, damaq qanaması
- Bədəndə səbəbsiz qançır, göyərmələrin yaranması
- Diş emalının pozulması
- Dırnaq, saç qırılması
- Vitamin D əskikliyi

Sümüklərdən kalsiyin yuyulub getməsi burxulma, çıxıq, sınıqların çoxalması və gec sağalması ilə nəticələnir.
Xüsusilə 50 yaşdan sonra ciddi təhlükə olan bud çanaq və onurğanın sınması baş verə bilər

Hansı analiz dəqiqdir?

Siz kalsiumu yoxlamaq üçün qandan kalsiy analizi verə bilərsiz, bu çətin deyil. Amma bu mənasız analizdir. Çünki kəskin defisitdə sümüklərdə olan kalsium yuyulub qana verilir və analizdə bu normal çıxa bilər.
Ən düzgün analiz paratireoid hormon analizidir.
Eləcə də sümüklərin sıxlığını yoxlamaq üçün densimetriya aparatından keçmək./medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar