Xəbər lenti
Qastriti tam müalicə etmək olurmu? - Müalicə və profilaktikanın sirləri
Qastrit indi yeniyetmələrdən tutmuş yaşlısına kimi çox insanda olun, bir çoxlarının isə heç mövcudluğundan xəbəri olmayan mədə xəstəliyidir.
Bir çox insanlar bu xəstəliyin tam sağalmaması barədə məlumatlar eşidir və onsuz da müalicəsi yoxdur deyib bununla barışır.
Manevr.az medicina.az-a istinadən böyüklərdə kimlərin risk qrupuna daxil olması və qastritin müalicəsində əsas nələrə diqqət yetirmək lazım olması barədə araşdırmanı təqdim edir.
Kimlərdə qastrit yarana bilər və hansı səbəblər xəstəliyi tətikləyir:
-Siqaret, alkoqol, kofe
-Xroniki stress, təşviş
-Bir çox dərmanların (dəmir, iltihabi, revmatizm əleyhinə, antibiotiklər) uzun müddət, kor-koranə qəbulu
-Kimyəvi yanıqlar, yandırıcı məhlulların içilməsi
-Autoimmun xəstəliklər
-Bəzi vitamin defisitləri
-Ezofagit reflüks xəstəliyi
-Qida allergiyası
-Zərərli, qeyri-sağlam, ayaqüstü qidalanma
Mədə iltihabından başlayan qastritin əlamətləri:
-Epiqastral nahiyədə ağrı, sancı
-Kürəyə yayılan ağrı
-Köpmə, ürəkbulanma, gəyirmə
-İştahın pozulması
-Mədədə yanğı, ağırlıq
-Nəcisin rənginin dəyişməsi
-Qusmada qan izi
-Başgicəllənmə
-Tənəffüsün ağırlaşması
Amma nəzərə alın ki, hətta ağır qastritdə belə bəzən xəstə heç nir simptom hiss etməyə bilər
Müalicəsi:
Mütləq həkim qastroenteroloq tərəfindən xəstənin anamnezi nəzərə alınaraq kompleks təyin olunur. Bir dərmanla, iynə ilə qastrit müalicə olan deyil.
Dərmanalar: əgər helikobakteri varsa, antibiotiklər yazılır.
Proton pompaları turşuluğu azaltmaq və selikli qişanı qorumaq üçün təyin edilir.
Eləcə də ürəkbulanmaya qarşı vasitə, histamin blokatorları, antasidlər göstərişdir.
Eləcə də qastrit əleyhinə aptek bitki yığnaqları, çayları var.
Dietasız sağalmır
Qastrit təkcə dieta ilə sağalmır, amma dietasız da müaicə effektsizdir.
Son zamanlar probiotiklər Hplory bakteriyasına qarşı yaxşı təsir göstərib.
Xəstələrə meyvə-tərəvəzin buxarda, suda bişmişi, yarmalılar, sıyıqlar, toyuq və hind quşu əti, yağsız ət təyin olunur.
Kofe, tünd çay, qazlı içki, təzə çəkilmiş şirələr, sitruslar, ədviyyatlar, süd, tomat, ketçup, müxtəlif tutmalar, şokolad, acı-turş qidalar tamam çıxarılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar