Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox yayılan “xəstəliklər”- CİDDİ TƏHLÜKƏ

Tarix: 24-09-2017 07:53     Baxış: 4471 A- / A+
Azərbaycanda ən çox yayılan “xəstəliklər”- CİDDİ TƏHLÜKƏ


Selfie - Bu mənfi dəbin də ən çox yayıldığı yer elə sosial şəbəkələrdir. Daha çox özü ilə baş-başa qalan insan bu dəqiqələrini paylaşmaq üçün özçəkimdən yəni, selfiedən yararlanır. Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycandan da selfie çəkilməsi və onun sosail şəbəkələrdə paylaşılması get-gedə artır. Amma reallıq budur ki, hər çəkilən selfie fərdin təklikdən əziyyət çəkməsi haqqında gizli bir mesaj ötürür. Selfienin ən çox çəkildiyi obyektlər isə tənha və səliqəsiz otaq, lift və eyvanlardır. Tənha və səliqəsiz otaq depressiyanın xüsusi əksidir. Ona görə də burada özçəkimlərin olması təbiidir. Balkon və liftlərin xüsusi emosional aurasında çəkilən selfielər də fərdin psixoloji baxımından özünü rahat və xoşbəxt hiss etmədiyini göstərir. Bu gün Instagram-dakı fotoların böyük əksəriyyəti məhz selifie fotolardır.

Telefon aludəçiliyi
- Əhalisi o qədər də çox olmayan Azərbaycan bu gün dünyada ən çox mobil telefonlardan istifadə edən ölkələrdən biri hesab olunur. Artıq Azərbaycanda ağlı başında olan və özünü idarə edə bilən bir adamın telefon işlətməməsi çox qəribə görünür. Rabitə vasitəsi olan mobil telefonlar bir sıra mənfi dəblərə yol açdı. Belə ki, orta hesabla hər 3 gəncin ikisinin qulaqcıqdan istifadə etdiyini görürük. Bu artıq vərdiş alını alıb. Amma hər dəfə bircə saat qulaqcıqla musiqi dinləmək xeyli sayda beyin neyronunun məhvinə səbəb olur. Həmçinin qulaqdan beyinə ötürülən səs tezliyinin sürətini və effektivliyini azaltmaqda insanda get-gedə qulaq problemlərinin əmələ gəlməsinə səbəb olur. Çox təəssüflər olsun ki, telefonun dəb saldığı fəsadlar yalnız qulaqcıqla və qulaq problemi ilə bitmir. Xüsusi oyunlar və proqramlar da insanları öz təsir dairəsinə salır. Bu gen yəqin hər birimiz ictimai nəqliyyatdan tutmuş evə gələn qonaqda da bu aludəçiliyi hiss edirik. Bu cür dəb isə insan fizionomiyasına çox ağır zərbə vurur.


Televizorla birgə ağlaşma və gülmə - televiziyalar bir çox ölkələrdə insanları teatr, kino, opera kimi dəyərlərdən uzaqlaşdırıb onlara evə bağlayan sehirli virus qutusudur. Azərbaycanda son illər televiziyaya bağlayan vasitələr şou-biznes qalmaqalları, maqazin buraxılışları, praym-taym vaxtında efirə gedən maarifçilikdən uzaq reytinq xatirinə insanların sarı simlərinə bilərəkdən nüfuz edən proqramlardır. Son zamanların dəb halına gəlmiş vərdişləri isə həmin proqramlardan asılı vəziyyətə düşüb, onların aparıcı-müəlliflərini müzakirə etməkdir.

Sosial şəbəkələr: 2010-cu ildən bu tərəfə həm Twitter, həm Instagram və xüsusilə də dünyanın ən böyük sosial şəbəkəsi sayılan Facebook-dan istifadə edənlərin sayı gündən-günə artmaqdadır. Sosial şəbəkələrin xüsusi imkanlarından, bu imkanları iş və qarşılıqlı ünsiyyət, əməkdaşlıq məqsədilə istifadə edənlərin sayı çox təəssüflər olsun ki, burada ifrat dərəcədə vaxt itirənlərin, məqsədsiz şəkildə istifadə edənlərin sayından daha azdır. Daha çox uğradığı təklik sindromundan xilas olmaq istəyən insanlar başqa Facebook olmaqla digər sosial şəbəkələrdə (Odnoklassniki.ru, vk.com) vaxt keçirməklə bu boşluğu doldurmağa ümid edirlər. Amma məsələ ondan ibarətdir ki, sosial şəbəkələrdən çox istifadə edənlər əlavə bir depressiyaya qapılırlar. Oradakı paylaşımlarda ya süni, ya da ki təbii xoşbəxtlik elementləri həmin insanlardakı boşluğun daha da qabardılmasına gətirib çıxarır.(moderator.az )

Hazırladı: Elmin

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar