Xəbər lenti
Görmə qabiliyyəti zəif olanlar bunu mütləq oxusun
Sadə vizual illüziyalara baxmaq daha kiçik şriftlə yazılan yazıları oxumaq qabiliyyətini inkişaf etdirir.
"Qaynarinfo" Dailymail-ə istinadən xəbər verir ki, bu istiqamətdə araşdırma aparan tədqiqat qrupu görmə kəskinliyini, yəni daha incə detalları görmə qabiliyyətini "genişlənən hərəkətli" illüziyalarla inkişaf etdirilə bildiyini sübuta yetiriblər.
York və Qlazqo Universitetinin psixoloqları insanın necə gördüyünü yalnız gözlərin şəkli və vəziyyəti ilə deyil, həmçinin beynin qavrama prosesləri ilə də əlaqəli olduğunu kəşf ediblər. Onlar təcrübə zamanı klassik bir yol sayılan "logMAR" adlandırılan göz qrafikindən istifadə ediblər. Qrafik bildiyimiz kimi aşağı doğru getdikcə kiçilən yazılardan ibarətdir. Bu təcrübəni özünüz də sınaqdan keçirə bilərsiniz. Belə ki, kompüterinizdən bir qol aralığında məsafədə əyləşin. Əgər gözlüyünüz varsa çıxarın. Daha sonra 30 saniyə ərzində genişlənən dairə illüziyasına baxın.
30 saniyə bitdikdən sonra qrafikdəki yazıları oxumağa cəhd edin. Bu zaman oxuma qabiliyyətinizin artdığını müşahidə edəcək, əvvəlki ilə müqayisədə bir sətir daha artıq oxuya bildiyinizi görəcəksiniz. Genişlənən halqalar nəsnələrin olduğundan daha böyük ölçüdə görünməsi təmin edir ki, bu da oxumağı asanlaşdırır.
"Bu yolla görmə sahəsində beyninizin inkişaf səviyyəsini artıra bilərsiniz. Bu metod görmə qabiliyyəti zəif olan insanlara böyük kömək ola bilər. Əgər görmə qabiliyyətiniz mükəmməldirsə, o zaman bunun o qədər də böyük təsiri olmayacaq. Təxminən yarım saat illüziyaya baxmaq təbii ki, eynəkdən daha yaxşı nəticə verə bilməz, lakin bunun müəyyən qədər təsirli olduğunun özünüz də şahidi olacaqsınız", - deyə professor Rob Cenkins bildirib.
Təcrübələr zamanı tədqiqatçılar 74 nəfərə saat əqrəblərinin hərəkəti və əks istiqamətdə spiral naxışlı illüziya göstərib və daha sonra onlara müxtəlif şriftlərdə yazılan mətnlər veriliblər. Təcrübələr öz nəticəsini verib və onlar daha kiçik şriftlə yazılan yazıları belə oxuya biliblər. Bu bir növ beyni aldatmaq da sayıla bilər.
"Mən bunun bir müalicə üsulu oduğunu iddia etmirəm, lakin təcrübələr beynin hansı şəkildə çalışdığını göstərir. Nəticələr onu bir daha sübuta yetirdi ki, görmə qabiliyyəti təkcə gözün deyil, eyni zamanda beynin qavrama qabiliyyətinin inkişaf etdirilməsi ilə də formalaşdırıla bilər", - deyə Rob bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar