Xəbər lenti
Tarif Şurasının yeni qərarı əczaçılıq sənayesinin inkişafına mühüm təkan verəcək – RƏY
“Dərman vasitələri haqqında qanunvericilikdə olan dəyişikliklər və ölkənin əczaçılıq sənayesinin inkişaf etdirilməsi, o cümlədən də əczaçılıq preparatlarının təminatı ilə əlaqədar ümumi vəziyyətin yaxşılaşdırılması barəsində Prezident İlham Əliyevin verdiyi tapşırıqlar əsasında müvafiq addımlar atılıb. Dərman vasitələri haqqında qanunvericilikdə olan dəyişikliklər bir çox imkanlara yol açıb”.
Manevr.az xəbər verir ki, bunu AZƏRTAC-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Tarif (qiymət) Şurasının son iclasında yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətlərinin yuxarı həddi təsdiq edilməsi ilə bağlı qərarına münasibət bildirərək deyib. “Hazırda 202 dərman preparatının qiymətinin yuxarı həddinin müəyyənləşməsi ilə əczaçılıq preparatları bazarında fərqli bir situasiya yaranıb. Bu situasiya nədən ibarədir: Tarif Şurası dərman preparatlarının qiymətinin üst həddini müəyyənləşdirir və bununla da üst həddən aşağı həddə bazarın sərbəst rəqabət rejimində qiymətin istənilən qədər aşağı olma ehtimalı artır. Belə ki, əvvəllər vahid qiymət müəyyənləşdirildikdən sonra bütün əczaçılıq subyektlərində vahid qiymət prinsipi tətbiq olunurdu. İndi isə hansı sahibkar daha ucuz qiymətə preparatlar təklif edərsə, o da bazarı daha ucuz dərman vasitələri ilə təmin edə bilər. Beləliklə biz qiymətlərin müəyyən qədər ucuzlaşmasının şahidi ola bilərik. Bu, həmçinin sərbəst rəqabət rejiminin formalaşmasına, bundan sonra daha da təkminləşməsinə gətirib çıxaracaq”, - deyib.
Deputatın fikrincə ikinci ən mühüm məsələ və ən vacib məsələlərdən biri icbari tibbi sığortanın tətbiqi ilə həm dövlət müəssisələrinə, həm özəl müəssisələrinə əhalinin müraciətlərinin sayının artmasının müşahidə olunmasıdır: “Bu da dərman preparatları ilə daha geniş həcmdə təmin olunmanı vacib bir şərt halına gətirir. Buna görə də nəinki idxal olunan dərman preparatlarının qiymətlərinin tənzimlənməsində yeni yanaşmalar, əsas məsələ dərman preparatlarının ölkəmizdə istehsalının artırılması həm maya dəyərinin aşağı enməsinə gətirib çıxarar və müvafiq tibb təhsil müəssisələrində əczaçılıq sahəsində yeni mütəxəssislərin yetişdirilməsini vacib edər. Bu həmdə gələcəkdə ətrafımızdakı regionlara dərman preparatlarını ixrac etməyimizi də stimullaşdıracaq. Yeni iş yerlərinin yaradılması, yeni texnologiyaların gətirilməsi və Azərbaycanın qeyri-neft sektorunun inkişafına gətirib çıxaracaq”.
M.Məmmədli ölkəmizdə əczaçılıq sənayesinin inkişafının vacibliyindən də danışıb. Bildirib ki, əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi ilə idxaldan asılılığın azaldılması, istehsalın lokallaşdırılması məqsədilə yeni istehsal müəssisələri yaradılır, bu sahədə qanunvericilik təkmilləşdirilir. “Məhz əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə dövlət başçısının Sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Sənaye Parkına 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 30 milyon manat investisiyanın qoyulması, 250-300 iş yerinin yaradılması nəzərdə tutulur. Bu başlanğıc addımlar kimi dəyərlərndirilməlidir, bundan sonra isə biz Ələt Azad İqtisadi Zonada bu istiqamətdə bəzi addımların atılmasının şahidi olacağıq.
Bir sözlə, Tarif Şurasının yeni qərarı əczaçılıq sənayesinin inkişafına mühüm təkən vermiş olacaqdır. Qanunvericilikdə olan dəyişikliklər, ali icra hakimiyyəti orqanlarının bu istiqamətdəki atdığı addımlar çox qısa zamanda əczaçılıq sənayesinin inkişafına və əczaçılıq məhsulları bazarında fərqli bir situasiyanın yaranmasına gətirib çıxaracaq. Son nəticə həm qiymətlərin ucuzlaşmasına, həm də keyfiyyətli dərman preparatlarının təmininə ümumilikdə isə səhiyyə sisteminin inkişafına gətirib çıxaracaq”, - deyib.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının oktyabrın 17-də keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətlərinin yuxarı həddi təsdiq edilib. Qərar oktyabrın 20-dən qüvvəyə minir.
Qeyd edək ki, 2023-cü il sentyabrın 15-dən ölkəmizdə bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri yuxarı hədd səviyyəsində təsdiq edilir. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. Məsələn əvvəl hər hansı bir dərman vasitəsinin qiyməti 10 manat olaraq təsdiqlənərdisə, bu, vahid qiymət hesab olunurdu və bütün apteklərdə 10 manata satılmalı idi. 15 sentyabr tarixindən isə həmin dərman vasitəsinin maksimum qiyməti 10 manat ola bilər və beləliklə o, 10 manatdan aşağı qiymətə satıla bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar