Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnsanı kor edən xəstəliklər : ağcaqanadlardan da qorunun

Tarix: 21-05-2017 17:53     Baxış: 4641 A- / A+
İnsanı kor edən xəstəliklər


Parazitlər yalnız insanın bağırsaqlarında və toxumalarında deyil, ən həssas orqan olan gözlərdə də lokalizasiya olunur.


Lakin bu xəstəliklərin yaranma səbəblərini araşdırdıqda məlum olur ki, gözdə xəstəliklərin yaranmasına rəvac verən parazitlər heç də bütün hallarda birbaşa gözlə bağlı problemlərdən qaynaqlanmır. İnsanın bağırsağında, qaraciyərində və s. orqanlarında olan parazitlər sonda gözdə də görmə qabiliyyətinin itməsi ilə nəticələnən təhükəli xəstəliklərin yaranmasına səbəb olur.

Tibb üzrə fəlsəfə doktoru, həkim Yazgül Abdiyeva Trend-ə bildirib ki, parazitlər mübadilə proseslərini pozma və immun sistemini zəiflətmədən əlavə, iltihab proseslərini də inkişaf etdirir. Parazitlərin artması ətraf toxumalarına təzyiq edən kistaların əmələ gəlməsinə səbəb olur. Bu da görmə üzvünün funksiyasının pozulmasına, həmçinin korluğa gətirib çıxarır.

Parazitlərin ən çox yaratdığı göz xəstəlikləri barədə danışan Y.Abdiyeva bildirib ki, opistorxoz göz xəstəliyi "opistorxis" paraziti tərəfindən törədilən xəstəlikdir. Bu parazit gözə qaraciyərdən miqrasiya edir: "Xəstəlik kəskinləşmə olmadan davam edir, gözün buynuz qişasının və göz qapaqlarının ikincili iltihablaşması zamanı bitişmələr əmələ gəlir, görmə qabiliyyətinin itməsi təhlükəsi yaranır. Bu xəstəlik zamanı adətən hər iki göz zədələnir".

Y.Abdiyeva bildirib ki, opistorxoz göz xəstəliyinin simptomları görmə sinirinin nevrit və keratiti, gözün damarlı qişasının zədələnməsidir. Bu simptomlar sonda qansızmalara səbəb ola bilər.

Bağırsaqdan qaraciyərə, əzələlərə, sümüklərə, ağciyərlərə və gözlərə keçən təhlükəli parazit


Həkim qeyd edib ki, gözlərin exinokokk zədələnməsinə səbəb olan exinokokk paraziti ikin olaraq bağırsaqlarda lokalizasiya olunur. Lakin exinokokk daha sonra qanla qaraciyərə, əzələlərə, sümüklərə, ağciyərlərə və gözlərə daxil olur. Xəstəliyin gedişi boyunca daxilində parazit olan kista həcmcə böyüyür, gözü xaricə doğru itələyir və ekzoftalm yaradır. Bu zaman insan gözlərini çətinliklə qırpa və bağlaya bilir. Göz qapaqlarında dəri nazikləşir və ödemləşir. Gözlərini tam qırpa bilməməsi səbəbindən selikli qişa quruyur, bu isə konyunktivitə gətirib çıxarır və nəticədə buynuz qişanın tam zədələnməsi baş verir: "Xəstədə gözlərdə ikiləşmə hissi, həmçinin yad cisim hissiyyatı yaranır. Helmintlər göz yaşı vəzilərində lokalizasiya olduqda daima göz yaşı axması baş verir".

Ağcaqanadın gözə vurdğu zərbə


Y.Abdiyeva qeyd edib ki, dirofilyarioz göz xəstəliyinin törədicisi dəri altında hərəkət edir: "Adətən ağcaqanad dişləməsindən sonra orqanizmdə - dəri altında bir fərd yaşayır. Orada bir aya qədər qalır, sonra gözə miqrasiya edir. Bu xəstəlik zamanı helmint bədəndə gün ərzində 15 sm sürətlə hərəkət edir. Sürfənin dərialtı miqrasiyası zamanı dəridə sızanaq formasında sərtləşmə qeyd edilir. Onun görmə orqanı nahiyəsinə daxil olması zamanı göz qapaqlarının selikli qişasında ağrılı düyün əmələ gəlir. Göz qapaqları qızarır, ödemləşir, gözləri bağlamaq mümkün olmur, gözlərə işıq şüası birbaşa düşdükdə kəskin ağrı hissiyyatı yaranır. Ən böyük təhlükə parazit göz almasına daxil olduqda yaranır. Çünki bu zaman görmə qabiliyyətinin itməsi təhlükəsi baş verir".

Y.Abdiyeva qeyd edib ki, oftalmomioz göz xəstəliyi bəzi həşərat növlərinin sürfələri tərəfindən törədilən xəstəlikdir. Bu xəstəlik zamanı göz daxili və xarici oftalmomioz olur ki, onlardan da xarici oftalmomioz ən geniş yayılmış göz xəstəliyi hesab edilir. Bu zaman dəri altına daxil olan sürfələr inkişaf edərək iltihabın və dəri altında düyünlərin yaranmasına səbəb olur: "Bu xəstəlik zamanı xəstə dəri altında sürfələrin hərəkət etməsini hiss edir. Bəzən bunu kənardan da görmək olur. Dəridə uzun, əyri xəttlər yaranır. Sürfələrin konyunktival kisəyə daxil olması zamanı larval konyunktivit yaranır. Sürfələrin gözün selikli qişasının altına daxil olması zamanı konyunktival larval qranulyoma başlayır".

Xəstəni kor edən zaman üzə çıxan "gizli" xəstəlik


Həkim əlavə edib ki, gözdaxili oftalmomiaz zamanı sürfələrin çox hissəsi toxumadan selikli qişa altına daxil olur. Belə parazitlər toxumalarda yetişənə kimi qala bilirlər: "Daşıyıcılar gəmiricilər, milçəklər, ev mal-qarası ola bilər. Bir yerə toplanmasından asılı olaraq, ön və ya arxa daxili oftalmomiaz ayırd edilir. Ön daxili oftalmomiaz parazitin qan damarları və ya görmə siniri ilə gözün xarici qişasından gözün ön kamerasına daxil olaraq inkişaf edir. Xəstəlik ağır formada davam edir, xəstədə görmə qabiliyyətinin kəskin pisləşməsi müşahidə edilir, bəzən isə o, tamamilə kor olur.

Arxa daxili oftalmomiaz halında xəstəlik müxtəlif cür davam edir. Bəzən simptomlar ümumiyyətlə olmur və xəstəlik yalnız xəstə görmə qabiliyyətini itirdikdə aşkarlanır. Bəzən klinik baxışın köməyi ilə torlu qişanın qopmasını, görmə sinirinin nevritini və görmə orqanının digər pozulmalarını aşkar etmək olar. Bu xəstəliyin müalicəsi zamanı yalnız cərrahi müdaxilə məsləhətdir".

Həkim tövsiyə edir ki, belə xəstəliklərin yaranmasının qarşısı almaqdan ötrü insanlar bəzi profilaktik tədbirlərə əməl etməli - ilk növbədə gigiyenik qaydalara tam riayət etməli, ət məhsullarını tam bişmiş formada yeməli, göyərtini zəif duzlu suda təkrar yumalı, uşaqlar isə torpaqla oynadıqdan sonra onların əlləri və dırnaqları sabunla təmiz yuyulmalı, meyvə və tərəvəzlər təmiz yuyulmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar