Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Banka qoydurmaq təhlükəlidir: Bədənin bu hissələrinə qoymaq olmaz!

Tarix: 26-08-2023 14:11     Baxış: 3291 A- / A+

Ölkəmizdə geniş yayılmış türkəçarə üsullardan biri də bankalanmaqdır. Ta qədimdən soyuqdəymə, əzələ, bel ağrıları zamanı müalicə vasitəsi kimi bankadan istifadə edilib.
Bankalanmağa daha çox yaşlı və orta nəslin nümayəndələri üstünlük verir. İnanca görə, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub.
Lakin banka haqda fikirlər heç də birmənalı deyil, bəziləri bunun faydalı olduğunu, bəziləri isə orqanlara zərər verdiyini iddia edir.
Bəs görəsən, soyuqdəymə zamanı bankalanmaq problemi aradan qaldırmağa kömək edirmi?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb. O, bu üsulun minillərdir sınanmış olduğunu, faydasının görüldüyünü bildirib:
“Türkəçarə böyük elmi əsası olan qədim türk təbabətidir və həmin dövrdə vətəndaş hüququ qazanan, təsdiq olunan müayinə, müalicə üsulları uzun müddət sınaqdan keçirilib daha sonra üzərində dayanılıb. Eyni zamanda, banka qoyulması da buna aiddir. Banka qoymaq autohemoterapiya xarakteri daşıyır.  Autohemoterapiya – xəstənin öz qanından istifadə olunaraq, müxtəlif bioloji dərmanlarla potensiyalaşdırılmış qarışığının alınıb yenidən pasiyentə vurulması ilə aparılan müalicə metodudur”.Professorun sözlərinə görə, banka qoymaqla müalicə üsulu artıq keçmişdə qalıb, tibbin inkişafı sayəsində artıq buna ehtiyac yoxdur:
“Müasir tibb bu gün o qədər inkişaf edib ki, bu cür üsullara ehtiyac qalmır. Bu üsullar artıq arxaik xarakter daşıyır. Məsələn, zəli müalicəsi bu gün də aktual olaraq qalır, amma banka qoymaq ayrı-ayrı adamlar tərəfindən istifadə edilsə də, elmdə vacib üsul kimi nəzərdən keçirilmir. Çünki bu gün son dərəcə müasir üsullar – antibiotikaterapiya və digər üsullar var. Banka arxaik üsul olsa da, özünü təsdiq etmiş üsullardan biridir”.
“Banka qoyan şəxslər bir növ buna adət edirlər və sonralar tez-tez bu üsula müraciət etməli olurlar. Bu da onun mənfi xüsusiyyətlərindən biridir. Bundan başqa, bankanın qoyulması üçün müəyyən yerlər var və bunu bilmək üçün təcrübə olmalıdır, bankanı onurğa sütununun, ürəyin üzərinə qoymaq qətiyyən olmaz. Bu isə ciddi fəsadlara yol aça bilər. Banka qoymağın da metodologiyası var.Banka qoyan zaman həmin yerdə qan hissəcikləri laxtalanır və həmin hissəciklər sorulanda orqanizmdə stimuliyasiya verir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar