Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur” - Erməni diplomat

Tarix: 04-01-2017 13:53     Baxış: 5487 A- / A+
 “Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur”


İnformasiya müharibəsi ermənilərin ən güclü tərəfi olub desək yanılmarıq. Bu da olduqca təbiidir. Hələ SSRİ mövcud olduğu dövrdə ermənilərin ABŞ, Kanada, Suriya, Livan, hətta Argentina və Braziliya kimi ölkələrdə belə, güclü diasporları fəaliyyət göstərib.

Həmin ölkələrin müxtəlif təbəqələrə mənsub erməni əsilli vətəndaşları diasporlarda erməni təbliğatına bir çox töhfə veriblər. Həmin insanlar illər boyunca Ermənistan dövlətçiliyi və ermənilər haqqında yalan və uydurma məlumatlarla təbliğat apararaq yaşadıqları ölkələrdə müəyyən təsəvvür yarada biliblər. Lakin dünyada Ermənistan adlı müstəqil dövlət bərqərar olduqdan sonra bu diasporların erməni fenomeni haqda yaratdıqları fantaziyalar bir anda puç olub.

Təbii ki, bu məsələdə Ermənistanın acgöz, korrupsioner, öz xalqını dəridən-qabıqdan soyan iqtidarları da az rol oynamayıb. O dərəcədə ki, hətta xaricdəki havadarlarını belə özlərindən iyrəndirməyə müvəffəq olublar. Artıq erməni yalanlarına Qərbdə əvvəlki kimi şəksiz inanan yoxdur.

Bunu Ermənistanın ictimai-siyasi xadimləri özləri də təsdiq edirlər. Onlar rəsmi İrəvanın informasiya müharibəsində uduzduğunu söyləyirlər. Bunu hətta qonşu ölkənin müxalifyönümlü olmayan ekspertləri və diplomatları da təsdiq edirlər.

“Ermənistan informasiya müharibəsində məğlub olur”. Ermənilərin ən təcrübəli diplomatlarından sayılan Arman Navasardyan Ermənistanın “Erkir media” kanalına verdiyi müsahibədə belə deyib.

Onun fikrincə, Ermənistan hakimiyyəti ölkənin mövqeyini dünya birliyinə lazımı şəkildə təqdim etməyi bacarmır. Bunun nəticəsində isə Azərbaycan həm İsrail, həm Pakistan, həm də digər ölkələrlə münasibətlərdə yaranmış informasiya boşluğunu doldura bilir. Arman Navasardyan bu sahədə buraxılan səhvlərin yolverilməz olduğunu və situasiyanın Ermənistan üçün təhlükə yaratdığını qeyd edib.

Ermənistanın müxalifyönlü jurnalistlərindən Vaqram Ağacanyan da Navasardyanın sözlərinə qüvvət verib: “Ermənistanın informasiya sahəsindəki darmadağın vəziyyəti o qədər aydındır ki, bu hətta müxalifətdə olmayan insanların da gözündən yayınmır və onlar getdikcə Ermənistan hakimiyyətinin fərsizliyini daha yüksək səslə dilə gətirməyə başlayıblar. “DQR hakimiyyətindən” bu sahə ilə bağlı isə ümumiyyətlə danışmağa dəyməz. Çünki onun rəhbəri Bako Saakyan üçün informasiya təhlükəsizliyi sahəsi “terra inkoqnita” (kəşf edilməyən torpaq) və ya Çin əlifbası kimi bir şeydir.

Bu problem barədə həmin adamın yanında söhbət düşəndə o, sadəcə heç bir şeydən anlamadan gözlərini bərəltməklə məşğul olur. “DQR” rəhbərliyi hər il “brejnevsayağı” qəzetlərə milyonlarla pul səpməklə və daxili siyasətdə belə sıfır effekt yaradan “Şimali Koreya tipli” televiziya kanalını maliyyələşdirməklə məşğuldur. Qarabağ ermənilərinin fəlakət dərəcədə aşağı səviyyəli təbliğatı hətta Saakyanın yaxın çevrəsi tərəfindən qəhqəhələrlə qarşılanır.

Tamaşaçılara məsləhət görərdik ki, gedib Dağlıq Qarabağın erməni rejiminin kütləvi informasiya vasitələri ilə bağlı axtarış aparsınlar. Orada onlar “DQR” rəhbərliyinin onlara verilən milyon dollarların müqabilində öz “vətəndaşlarına” qara şalvarla birlikdə qara corabın geyilməsinin zərurətindən, dişləri necə təmizləməyin yollarından və daha başqa “aktual” mövzular barədə informasiyalar verildiyinin şahidi ola bilərlər.

Təbiət isə bu cür boşluğu həzm etmir. Azərbaycan prezidenti bundan əla istifadə etməyi bacarır. Bu sahədə onun parlaq uğur əldə etdiyini qeyd etməmək olmaz. Sadəcə bir şey maraqlı görünür: görəsən Ermənistan prezidenti Serj Sarkisyan hətta iqtidara yaxın güclərdən gələn tənqidlər qarşısında nə düşünür? Hər halda Bako Saakyandan fərqli olaraq o, informasiya siyasətinin incəliklərindən daha yaxşı baş çıxarmalıdır. Yoxsa biz öz ölkələrinin piar kampaniyası üçün astronomik vəsaitlər xərcləyən İsrail, ABŞ, Rusiya, Avropa və Asiya ölkələrindən daha ağıllıyıq?”.(Musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar