Xəbər lenti
“Böyük ümidlə baxılan “Lavrov planı” nəticəsiz qaldı” - Tofiq Zülfüqarov
“Aprel müharibəsindən müəyyən dövr keçib və hesab edirəm ki, indi nəticələr haqında bir qədər danışmaq mümkündür”.
Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-a Dağlıq Qarabağ münaqişəsinə dair hazırda regionda yaranan durumu şərh edərkən deyib.
Diplomat hesab edir ki, Aprel müharibəsindən sonra ortaya çıxan və böyük ümidlə yanaşılan “Lavrov planı” faktiki olaraq nəticəsiz olub: “Digər bir məqam ortaya çıxdı ki, Rusiya Ermənistanın təhlükəsizliyini öz üzərinə götürür. Yeganə məsələ onunla bağlı idi ki, bu təhlükəsizlik hansı formada həyata keçiriləcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri bu qurum formatında Ermənistanın təhlükəsizliyinin təminatına razı olmayacaqdı. Odur ki, indi bu məsələ Rusiya-Ermənistan münasibətləri çərçivəsində öz həllini tapıb. Erməni rəsmiləri deyirlər ki, əslində buna qədər də Ermənistanın təhlükəsizliyi Rusiya tərəfindən müdafiə edilirdi, indi bu reallıq sadəcə normativ hüquqi sənədlərlə öz qanuniliyini alıb. Rusiya Ermənistanın təhlükəsizlik məsələlərini öz üzərinə götürəndə bunu ancaq Ermənistanın sərhədləri daxilində edə bilər. Dağlıq Qarabağla bağlı bunu bəyan edə bilməz. Bu baxımdan Azərbaycan hakimiyyəti tərəfindən səslənən bəyanatlarda açıq deyilir ki, bizim Ermənistanla heç bir işimiz yoxdur, sadəcə olaraq, işğal edilən ərazilərimizi azad etmək istəyirik. Yəni öz ərazimizdə antiterror əməliyyatı keçirə bilərik. Hazırda müxtəlif tərəflərdən aparılan diskussiya bunu göstərir”.
Diplomat bildirib ki, buna qədər Azərbaycan siyasi elitası və hamı Rusiyanın münaqişənin həlli istiqamətində roluna böyük ümid bəsləyirdi: “Ancaq indi görünür ki, bu məsələdə problemlər var. Yəni Rusiya köhnə siyasətini davam etdirir. Təəssüflər olsun ki, bu siyasət ona gətirir ki, problem həll edilmir, bölgədə gedən silahlanma davam edir və gec-tez hərbi əməliyyatların bərpa olunma ehtimalı güclənir. Əlbəttə, Rusiya Ermənistana silah göndərə bilər, biz bunun qarşısını da ala bilmərik. Ancaq Dağlıq Qarabağ münaqişəsinə nə Rusiya, nə də başqa ölkə açıq qarışa bilər. Dolayı yolla köməklik göstərə bilər, amma birbaşa qarışa bilməz.
İkincisi, son zamanlar Türkiyə faktoru önə çıxır. Türkiyənin son bəyanatları açıq və konkretdir. Bu bəyanatlar Azərbaycana dəstək şəklindədir. Bu da vəziyyəti ona gətirib çıxarır ki, bu və ya digər formada güclərin konfiqurasiya bəlli olur. İstisna etmirəm ki, bu gərginlik daha da arta bilər. Amma bu gərginliyin artması həm də problemi dünya siyasətçilərinin gündəminə qaytara bilər. Gərginliyin artması eyni zamanda hərbi əməliyyatların bərpası ola bilər”.
Son vaxtlar Azərbaycan siyasətçilərinin gündəmində daha çox Sarkisyanın təhdidlərinin olduğunu xatırladan diplomat əlavə edir ki, bu təhdidlər ilk dəfə deyil: “Təhdidlər erməni rəhbərliyinin siyasi təcrübəsinin bir hissəsidir. Onlar öz siyasi imicini məhz bu şəkildə qurublar. Yəni biz tarixdə ilk dəfə olaraq Azərbaycan üzərində qələbə çaldıq ideologiyası. Ancaq Aprel hadisələri göstərdi ki, bütün bunlar yalandır, erməni tərəfinin ciddi zəifliyi var. Lakin apreldən sonra erməni tərəfi Rusiyadan dəstək aldıqdan sonra yenidən köhnə təbliğatı və ideologiyanı bərpa edib. Ancaq onların indi dedikləri bir il əvvəl dediklərindən fərqlənir. Onlar indi anlayıblar ki, Rusiyasız təhlükəsizlikləri təmin oluna bilər. Bu faktı həm Sarksiyan, həm də erməni ictimaiyyəti başa düşüb. Hesab edirəm ki, indi Rusiyanın konfliktlə bağlı həyata keçirdiyi siyasətin məqsədi də bununla bağlıdır”.
Azərbaycan-Rusiya münasibətləri haqqında danışan Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan realist və praqmatik formada əlaqələrə baxmalıdır: “Bu münasibətlərin hansı tərəfində Azərbaycan üçün fayda varsa, biz ondan istifadə etməliyik. Harada maraqlarımıza zidd məqamlar var, ona etirazımız olmalıdır. Bu praqmatik siyasət həm Rusiya tərəfindən başa düşülər, həm də Azərbaycanı problemlərdən qoruya bilər. Bəzən ictimaiyyətdə belə fikirlər olur ki, filan ölkə bizimlə dostdur, filan ölkə dost deyil. Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə nə uzunmüddətli dostluq, nə də düşmənçilik var, sadəcə olaraq maraqlar var. Bütün ölkələrdə maraqlar üzərində qurulan siyasət var və bu normaldır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar