Xəbər lenti
"Fitnəkar Moskva Göyçə gölü və Kəlbəcər istiqamətində gizli hərbi baza yaradır"
Cənubi Qafqazda dondurulmuş münaqişələr, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi bu ildə öz həllini tapmmamış, ili başa vurmaqdadır. Aprel hərbi eskalasiyasından sonra münaqişənin həlli istiqamətində Rusiyanın başçılığı ilə aparılan danışıqlar avqust ayına kimi davam etsə də sentyabrda Ermənistanda məlum hərbi paraddan sonra danışıqlar prosesinə nöqtə qoyuldu. Və Ermənistan tərəfindən kəskin tonda açıqlamalar verilməyə başlanıldı. Amma payız aylarında Rusiya prezidentinə bağlı olan qrumlardan verilən açıqlamalar, hər hansı bir nəticənin olacağını və prezidentlərin görüşünün baş tutacağı kimi mesajlar səsləndirilirdi.
Qeyd etmək lazımdır ki, avqust ayından başlayaraq, Rusiya danışıqlardan çəkilməsi və yay aylarında Rusiyanın irəli sürdüyü "Kazan"və "Lavrov" həll formullarının fiaskoya uğraması ilə nəticələndi. Bundan sonra Rusiya bir tərəfli mövqe tutaraq, Ermənistanın silahlanmasını və güzəştli 200 mln $ kreditlə nəzərədə tutulan silahları verməyə başladı. Ermənistanda hakimiyyətdə müəyyən dəyişiliklər və Rusiyadan verilən yeni silah partiyaları ilə mövqeyini gücləndirməyə çalışan Ermənistan rəhbərliyinin danışıqlardan çəkilməsi, hər hansı güzəştə hazır olmadıqlarını qeyd etməsi, əslində rəsmi Kremilin diktəsi ilə hərəkət etməsidir.
Fitnəkar Moskva Ermənistan ərazisində Göyçə gölü və Kəlbəcər istiqamətində gizli hərbi baza yaradaraq möhkəmlənməkdədir. Rusiyanın Ermənistana göndərdiyi silahlar məhz burada gizli bazada yerləşdirir. Artıq vəziyyət o qədər mürəkkəbdir ki, regiona ənənəvi səfərini təşkil edən ATƏT Minsk qrupunun həmsədrlərinin son səfəri prezidentlərin bu aylarda növbəti görüşlərini təşkil edə bilmədi. Vurğulamaq lazımdır ki, aprel müharibəsindən sonra, Rusiyanın apardığı diplomatik fəaliyyətinin nəticəsiz və formal olduğunu, Ermənistanın Rusiyanın iradəsindən kənar olmadığını və ATƏT Minsk qrupunun səmərəsiz olduğunun şahidi olduq.
23 illik sükutdan sonra bu il Qarabağ münaqişəsinin həllinə daha da yaxınlaşmışdıq. Amma Rusiyanın fəal müdaxiləsi, beynəlxalq birliyin seyrçi qalması status-kvonun yenidən saxlanmasına gətirib çıxardı. Təəssüf ki, Rusiyanın aprel döyüşündən sonra irəli sürdüyü həll formulları ərazi bütövlümüzü təhdid etdiyi üçün Azərbaycan tərəfindən qəbul edilmədi. Regionda yenidən diplomatiya yerini hərbi hərəkətliliyə verməkdədir. İlin axırına kimi cəbhədə hər hansı bir ciddi insident qeydə alınmasa da, növbəti ildən münaqişə ətrafında istənilən nəticənin şahidi ola bilərik.
Azərbaycan rəhbərliyi Qarabağ danışıqlarında hərəkətliliyi gələn ildən intensivləşdirəcək. Qeyd etmək lazımdır ki, ABŞ-da respublikaçıların hakimiyyətə gəlməsi, Azərbaycan rəhbərliyinin məhz respublikaçılarla daha da əlaqlərə üstünlük verəcəyi gözlənilir. Görünür, Azərbaycan gələn ildən Qarabağ münaqişəsini Misk qrupundan kənar, ABŞ-ın dominantlığı ilə keçirilməsinə çalışacaq. Bu da Rusiyaya yeni mesaj kimi veriləcək. Prezident Əliyevin Trampa göndərdiyi məktubda Qarabağ münaqişəsinə geniş yer ayırması, yeni gözləntilərdən xəbər verir.
Məhəmməd Əsədullazadə,
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun sədri(moderator.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar