Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Terrorizm ermənilər üçün həm də mənəvi dəyərdir…” - Rusiyalı tarixçi

Tarix: 12-09-2016 13:24     Baxış: 4491 A- / A+

“Terrorizm ermənilər üçün həm də mənəvi dəyərdir…”

Oleq Kuznetsov: “Terrorizm ermənilər üçün sadəcə, mübarizə vasitəsi deyil, həm də mənəvi dəyərdir…”
Rusiyalı tarixçi-ailm və tədqiqatçı, eyni zamanda siyasi analitik Oleq Kuznetsov Azərbaycanda da yaxşı tanınır. Həm də ona görə ki, Oleq Kuznetsov Dağlıq Qarabağ məsələsində obyektiv mövqeyi ilə çeçilir və daima ölkəmizin haqq işini müdafiə edir.


O, həmçinin ermənilərin saxta yox, gerçək tarixini yazan və təbliğ edən tarixçi-ekspertlərdən biri kimi tanınır. Onun erməni terrorizmi haqda yazdığı və təzəcə çapdan çıxan 402 səhifəlik “XX əsrdə transmilli erməni terrorunun tarixi” adlı kitab buna əyani sübutdur.

Bu və digər səbəblərdən rusiyalı alim və analitik daim ermənilərin, məxsusən də Rusiyadakı erməni lobbisinin hədəfindədir. Vaxtaşırı hətta şantaj olunur, hədələnir. Onun rusdilli Vesti.az saytına sonuncu müsahibəsi də heç şübhəsiz ki, ermənilərdə güclü qıcıq doğuracaq. Aktuallığını nəzərə alıb, müsahibədən bəzi hissələrin tərcüməsini təqdim edirik.
Ermənilərin terrorçu mahiyyətinin səbəblərinə toxunan alim deyir: “Yaxınlaradək terrorizm ermənilərin özünü qoruması üçün yeganə mübarizə vasitəsi idi. Çünki onlar heç vaxt, heç yerdə etnik çoxluq təşkil etməyiblər. Bu üzdən ermənilər öz məqsədlərinə çatmaq üçün hansısa ərazinin resurslarını səfərbər edə bilməyiblər, çünki heç vaxt öz əraziləri olmayıb.
İkincisi, erməni etnosunun tarixində terrorizm – sosial modernləşmə və toplumun feodal-kilsə başlanğıcından burjua dünyasının partiya-respublika başlanğıcına sosial təşkilatlanma transformasiyası üçün alət olub. Ona görə də tarixin ardıcıl tərəqqisi nöqteyi-nəzərdən terrorizm də ermənilər üçün tərəqqi amili rolunu oynayıb. Məhz bu səbəbdən Ermənistanda siyasi mübarizə ənənəvi olaraq terror vasitələrindən istifadə olunmaqla aparılır – hansı ki, erməni sosiumu üçün norma sayılır, cinayət yox.

Üçüncüsü, ermənilərdən ötrü terrorizm – öz milli kimliklərini saxlamaq vasitəsidir. Eyni səbəbdən onlar üçün Drastaman Kanayan, Stepan Zatikyan, Monte Melkonyan kimilər milli qəhrəman hesab edilirlər- halbuki, yerdə qalan dünya üçün onlar terrorçu və cinayətkarlardır. Bu məsələ ermənilərdən ötrü özünəməxsus reper və ya “özününkü- yad” tipli indikatordur. Terrorizm ermənilər üçün sadəcə, mübarizə vasitəsi deyil, həm də mənəvi dəyərdir. Onlar hiss edirlər ki, mən kitabda onların gizli və müqəddəs mahiyyətlərinə lap yaxılaşmışam. O səbəbdən də mənim sözlərimə və hərəkətləri fəal və qəcıqlı refleks verirlər”.

Tarixçi-analitik bu yerdə ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, qatı ermənipərəst Vladimir Kazimirovun Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla Qarabağ mövzusunda diskussiya zamanı “Dağlıq Qarabağ xalqı” ifadəsi işlətməsinə toxunaraq deyib (Zülfüqarov ona etiraz olaraq bildirmişdi ki, Dağlıq Qarabağda iki icma var – azərbaycanlı və erməni icması): “Ermənilərə münasibətdə “xaql” sözünü yalnız XX əsrin əvvəllərindən işlətməq olar – nə vaxt ki, onların SSRİ tərkibində öz inzibati-ərazi qurumu peyda olub. Ona qədər ermənilər erməni-qriqoryan kilsəsi adeptlərinin polietnik sektasından ibarət olublar. Məndən ötrü “Qarabağ xalqı” termini məna nonsensidir və heç bir tarixi, mədəni ənənələrə, siyasi və hüquqi köklərə malik deyil”.

Daha sonra Qarabağ məsələsində Ermənistanın oynadığı “rol”dan danışan tədqiqatçı-alim bu rolun heç vaxt həlledici olmayacağına əminlik ifadə edib. “Ermənistan regional izolyasiya vəziyyətində və ya özünütəcrid durumundadır. Odur ki, regional layihələrin heç birinə o qatıla bilməyəcək. Ermənistan Azərbaycan, Türkiyə və Gürcüstanla ya düşmən, ya da gərgin münasibətlərə malikdir. Rusiya və İranla isə tamamilə xoşməramlı münasibətlər saxlayır – lakin bu da o vaxta qədər olacaq ki, ağa-qulluqçu münasibətləri mövcud olacaq, kimin nəvazişi hesabına ki, qulluqçu (ermənilərin saxta dövləti – red.) mövcuddur. “Erməni faktoru” həmişə bazarlıq predmeti olacaq, bu və ya digər dövlətin arqumentlər toplusuna tərəzini “düzətmək” üçün özünəməxsus əlavə kiçik çəki daşı rolu oynayacaq. Ancaq heç zaman müstəqil rol oynamayacaq, çünki o, öz-özlüyündə heç nədir. Rusiya, İran, Türkiyə və Azərbaycanın həmrəy mövqeləri olarsa, Ermənistanın mövqeyi olduqca xırda ölçülü amil kimi heç vaxt hesaba alınmayacaq. Yox, onların arasında ziddiyyətlər olarsa, o zaman yalnız kartların bölüşdürülməsində əlavə kiçik kart kimi istifadə olunacaq. Bundan artığı olmayacaq”, - deyə analitik sonda əlavə edib.(musavat.com)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar