Xəbər lenti
“Qələbə nidası” adlı yeni kitab işıq üzü gördü
Dəyərli ziyalımız Mikayıl Bədəlovun bu günlərdə “Qələbə nidası” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Elmira Cəzair qızı, Ön sözün müəllifu Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasovdur.
“Qələbə nidası” poeması tarixi qələbəmizə, xalq-ordu birliyinə, əsgərlərimizin misilsiz qəhrəmanlıqlarına və şəhidlərimizin uca məqamına həsr edilib. Bu, müəllifin qələmə aldığı 3-cü kitabıdır.
Qarşımda nəfis şəkildə çap olunmuş bir kitab var. Kitabın üz qabığının tərtibatı, dizaynı da mükəmməlliyi ilə diqqət çəkir. Hələ mətbəə qoxusu çəkilməyən nəfis şəkildə nəşr olunmiş bu dəyərli kitabı bir nəfəsə oxudum, oxumamaq mümkün də deyildi. Çünki Mikayıl Bədəlov şəxsiyyətinə hörmət edilən gözəl, elimizin vətənpərvər, təəssübkeş, öz sahəsində peşəkarlığı ilə seçilən, sevilən ziyalı olduğu qədər də əsl Söz adamıdır, irfan bir şairdir.
44 günlük müharibənin böyük tarixini, misilsiz əzəmətini, saysız qəhrəmanlıqlarını və bunların fonunda Vətənin müqəddəsliyini tərənnüm edən belə əsərlərdən biri də vətən, yurd haqqında bir çox kitabların müəllifi istedadlı yazar Mikayıl Bədəlovun 44 günlük vətən müharibəsinə həsr etdiyi “Qələbə nidası” poemasıdır.
Elə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov da Mikayıl Bədəlovun yaradıcılığında bədii söz boxçasının dərinliyinə diqqət çəkərək kitabın ön sözündə yazır ki, bu poemanı oxuduqdan sonra bir daha belə qənaətə gəldim ki, gerçək tariximizi tarixçilərlə bərabər, həm də yaradıcı insanlar-şairlər, yazıçılar yaradır və xalqın gen yaddaşına bu tipli əsərlərlə daha böyük təsir edirlər.
Mikayıl Bədəlovun Vətən müharibəsi haqqında qələmə aldığı “Qələbə nidası” poemasında müharibənin ilk günündən sonunadək ardıcıllığı bədii epitetlərlə təsviri, əsgər qəhrəmanlıqlarının şücaəti mübaliğəsiz, lakin poetik çalarlarla işıqlandırılması şübhəsiz ki, müəllifin geniş erudisiyaya sahib, istedadlı qələm əhli olmasından irəli gəlir:
Haqq tutur öz yerini,
Ədalət zəfər çalır.
İgid, ərən, əsgərim,
Düşməndən qisas alır.
Abbas Abbasov qeyd edir ki, 24 bölümdən ibarət olan “Qələbə nidası” əsəri mənə, 1 müqəddimə, 12 boydan ibarət olan tarixi qəhrəmanlıqla dolu “Kitabi-Dədə Qorqud” dastanını xatırlatdı: “Kitabi-Dədəd Qorqud” dastanı kimi bölmələrdən ibarət olan “Qələbə nidası” əsəri də 44 günlük Vətən müharibəsi fonunda – hər bölümün altında vətən, xalq ordu birliyi, qəhrəmanlıq zirvəsi, şəhidlik məqamı, düşmənə nifrət, dosta səadaqət kimi xalqımızın ruhsal mövqeyi ilə yanaşı, həm də onun tarixə, bu günə və gələcəyə bir nöqtədən baxışı nəzm dilində, dolğun şəkildə ifadə edilmişdir”.
Poema məzmun yükünə görə həm də səlnamə statusu daşıyır desək, səhv etmərik fikrimcə: “Çünki əsərdə müəllif, 44 günlük Vətən müharibəsinə səbəb olan 33 illik bir qərinə dövrünün tarixi detallarını da kənarda qoymamışdır:
Sinəmə dağ basdığın-
Düyünü unutmuram.
Xocalı qətliamını-
O günü unutmuram.
Əsərdə Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, tam qələbəyədə dönməzliyi, əsgərlərimizin qəhrəmanlıqları, qardaş Türkiyənin hər an yanımızda olması sadə, yaddaqalan və poetik dillə nəzmə çəkilmişdir:
Sərkərdəm qətiyətli,
Ordum güclü, müzəffər.
Ona görə ard-arda
Gəlir qələbə, zəfər.
Mikayıl Bədəlov zəfər tariximizin bugünkü mənzərəsini bütün detalları ilə gələcəkdən bu günə bədii pəncərə açmışdır”.
İnanırık ki, Vətənə, dövlətə, el-obasına qəlbən bağlı olan isdedadlı qələm sahibi Mikayıl Bədəlovun “Qələbə nidası” kitabı da sevilərək oxunacaq.
Dəyərli ziyalımız Mikayıl müəllimin bir neçə şeirlərini “Vətən səsi”nin oxucuları ilə bölüşürük.
DƏMİR YUMRUQ
Yağı çaş-baş qalıbdı,
Ordusu darma-dağın.
Qaçmağa yol axtarır,
Kəsmişik solun-sağın.
Dikilibdi ekrana,
Yenə hamının gözü.
Sevindirəcək bizi,
Ali Baş Komandanın
Bir kəlməsi, bir sözü.
Budur, məqamı gəldi,
Xoş dəqiqə, xoş anın.
Çıxışını dinləyirik,
Ali Baş Komnadanın.
Adını bir-bir çəkir,
Alınana torpaqların.
Bizə verdi dünyanın
O an dövlətin-varın.
Heç nə batıra bilməz,
Daha haqqın səsini.
Xalq sevinclə gözləyir,
Qələbə müjdəsini.
Bu yoldan dönən deyil,
Nə Ordum, nə Sərkərdəm.
Xoşbəxtik, bəxtəvərik,
Daha çəkmirik dərd-qəm.
ŞUŞA SEVİNC NƏĞMƏMİZ
Ali Baş Komandanın,
Gördük qətiyyətini.
O yerinə yetirdi,
Ata vəsiyyətini.
Hədəf düzgün seçildi,
Komanda düz verildi.
Keçilməzlər keçildi-
Necə ki, söz verildi.
Sıldırım qayalardan,
Dağlardan keçdi ordum.
“Şuşa haqqı”, dönmərik-
Belə and içdi ordum.
Şuşada igidlərim,
Ürəyilə döyüşdü.
Süngüylə, yalın əllə,
Biləyilə döyüşdü.
...Şuşam, qədim şəhərim,
AZADlığın mübarək!
Sinəndə dalğalanan,
O Bayrağın mübarək!.
Onu da qeyd edim ki, bu kitab şagirdlərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün dəyərli dərs vəsaiti kimi istifadə olunmalıdır.
İnanırıq ki, "Qələbə nidası"poeması qısa zamanda böyük oxucu auditoriyası qazanacaq.
Kəndimizin və rayonumuzun tanınıb sevilən ziyalı insanlarından olan Mikayıl Bədəlova yaradıcılığında böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar